Daha bir deputat Siyavuş Novruzovla Eldar İbrahimova cavab verdi "YAP-da parçalanma yoxdur"

Cəmiyyət 14:38 10.09.2019

“Siyavuş Novruzov və Eldar İbrahimov Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunsalar da onların səsləndirdiyi fikirlər partiyanın yox, öz şəxsi mövqeləridir”.

Eurasia Diary xəbər verir ki, publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, YAP kollegial qərar qəbul edən təşkilatdır, partiyanın ümumi mövqeyi qurultayın, konfransların, İdarə Heyətinin qərarları ilə qəbul olunur: “Bununla yanaşı, sədr partiyanın mövqeyindən danışa bilər, yaxud sədrin tapşırığı ilə müavinlər ümumi mövqe sərgiləyə bilərlər. Partiyanın digər mənsubları yalnız öz adlarından danışmaq hüququna malikdir”.

Siyasi Şuranın üzvü qeyd edib ki, YAP kifayət qədər demokratik mühiti olan partiyadır.

“Partiyamızda fikir plüralizmi mövcuddur, hər kəs öz fikrini bildirmək hüququna malikdir. Lakin hər hansı tənqid də ünvanlı olmalıdır. Əgər tənqid edirlərsə, konkret ad çəkməli, hər kəsə şamil etməməlidirlər. Yeni Azərbaycan Partiyasının yüksək vəzifələrdə işləyən, nazir, deputat, yaxud icra başçısı olan üzvləri var. Onlardan kiminsə vəzifədən getməsi təbii prosesdir. Partiyamız 25 ildən çoxdur ki, iqtidardadır. Partiyanın icra katibi Əli Əhmədov da doğru ifadə etdi ki, kimsə öz fəaliyyətində cinayət xarakterli səhvlərə yol verməyibsə, vəzifəsindən asılı olmayaraq, partiya ilə yolu davam edir. Vaxtilə nazir olan bu gün müəllimdir, vaxtilə millət vəkili olanlar bu gün həkim, icra başçısı olanlar bələdiyyə üzvləridir, yaxud da işsizdir. Kimsə partiyanı vəzifəsinə görə yox, ideologiyasına görə dəstəkləyir. Heydər Əliyevin siyasi kursuna sadiq olan hər kəs bu gün partiyamızda təmsil olunur. Prezidentin köməkçisi Əli Həsənov da bəyan etdi ki, səslənən fikirlər onların şəxsi fikirləridir, partiyanın mövqeyini əks etdirmir”, - deyə o bildirib.

M.Quliyev hesab edir ki, bu məsələnin müzakirəsinin cəmiyyətə heç bir xeyri yoxdur: “Radikal müxalifətin, Azərbaycana qarşı barışmaq mövqe tutanların deputat həmkarlarımızın uğursuz, yaxud düşünüb-daşımadan işlətdikləri sözləri günlərdir çək-çevir etməsi ictimai sabitliyə qarşıdır. Buna görə də hesab edirəm ki, hər birimiz düşünüb danışmalı, məsuliyyətimizi dərk etməliyik”.

Milli Məclisin üzvü məlum fikirlərdən sonra YAP, eləcə də hakimiyyət daxilində ziddiyyətlərin olması, parçalanmaların baş verməsi haqda ortaya atılan iddialara da münasibət bildirib.

“Yeni Azərbaycan Partiyası monolit partiyadır, 700 mindən çox üzvü var və hər kəs Prezidentin siyasi xəttini, partiya qurultaylarının qəbul etdiyi qərarları dəstəkləyir. Gələn il parlament seçkiləri keçiriləcək, bu ilin sonunda isə bələdiyyə seçkiləri olacaq. Adətən seçki ərəfəsində siyasi mühitdə istilənmələr olur, bəzən kimlərinsə temperaturu qalxır, ona görə də belə iddialar ortaya atırlar. Lakin bu iddialar o demək deyil ki, Yeni Azərbaycan Partiyasında gərginlik, yaxud parçalanmalar var. Bunun işartıları belə yoxdur. Sadəcə olaraq, partiyada hər kəsin öz fikrini azad, sərbəst qaydada ifadə etmək haqqı var. Təbii ki, bu fikirlər partiyanın ümumi xəttinə ziddirsə, yaxud dövlətçiyə qarşıdırsa, lazımi addımlar atılır. Əvvəllər də belə hallar olub. Partiyasının Siyasi Şurasında, İdarə Heyətində bəzi üzvlər haqqında sərt qərarlar qəbul olunub. Bu, normal prosesdir. Lakin "YAP-da parçalanma var" demək yalnız Azərbaycanı sevməyənlərin işi və arzusudur. YAP Heydər Əliyev ideyalarının ətrafında formalaşan, Prezident İlham Əliyevin siyasəti ilə möhkəmlənən partiyadır. Partiyamız həm Asiya, həm Avropanın ən böyük partiyaları, partiya qrupları ilə əməkdaşlıq edir. Bu gün partiyanın 20 nəfər fəal üzvü Çin Kommunist Partiyasının dəvəti ilə Pekinə yola düşəcək. Bu yaxınlarda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransına (İCAPP) ev sahibliyi etdik. Belə güclü partiyanın içində fikir ayrılığı, yaxud parçalanmanın olduğunu demək reallığa uyğun deyil”.

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı