"AzTU regionun aparıcı texniki universitetlərindən birinə çevrilmək potensialına malikdir" - Rektor | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


"AzTU regionun aparıcı texniki universitetlərindən birinə çevrilmək potensialına malikdir" - Rektor

Cəmiyyət A- A A+

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyev universitetin prorektor, dekan, kafedra, şöbə müdirləri və bütün fakültələrin fəal tələbələrinin iştirakı ilə yeni tədris ilinin başlanması ərəfəsində geniş iclas keçirib.

Universitetin mətbuat xidmətindən Eurasia Diary-ə verilən məlumata görə, rektor tədbirdə təhsilin səviyyəsinin yüksəldilməsi, müəllim-tələbə münasibətləri, tələbələrin sosial problemlərinin həlli, elmi-tədqiqat işlərinin effektliyinin artırılması  ilə bağlı konsepsiyasının müddəalarını tezislər şəklində diqqətə çatdırıb.

Azərbaycan dövlətçiliyinin gücləndirilməsi üçün Azərbaycan Prezidentinin təhsil sahəsində qarşıya qoyduğu tələblərdən danışan rektor AzTU-nun nüfuzlu ali məktəb kimi rol və imicinin artırılmasının önəmini vurğulayıb. Professor V.Vəliyev qeyd edib ki, AzTU regionun aparıcı texniki universitetlərindən birinə çevrilmək potensialına malikdir.

Azərbaycan sənayesi üçün kadr və mütəxəssislərin hazırlanmasında AzTU-nun geniş imkanlara sahib olduğunu qeyd edən rektor çıxışında həlli vacib problemlərdən, tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün görüləcək işlərdən danışıb, tapşırıq və tövsiyələrini verib.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...