Eyyub Hüseynovun qızı vəfat etdi | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Eyyub Hüseynovun qızı vəfat etdi

Cəmiyyət A- A A+

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova ağır itki üz verib.

Eurasia Diary xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Eyyub Hüseynov özü məlumat verib. Birlik sədrinin qızı Xumar ağır xəstəlikdən dünyasını dəyişib.

E. Hüseynov bildirib ki, Xumar bir ildir ki, ağciyərində xərçəng xəstəliyinə görə müalicə alırmış. O, ixtisasca həkim olan qızının Kanadada yaşadığını, nəşinin Azərbaycana gətirilməsi üçün qardaşının yola düşdüyünü bildirib:

“Valideyn üçün çox ağır itkidir. Övlad itkisi dözülməzdir. Qızım ailəli idi. 44 yaşı vardı. İndi mən balamın nəşini gözləyirəm”.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...