“Ölkədə “uşaqpulu” verilmir” məntiqini qəbul etmirəm” - Əli Əhmədov | Eurasia Diary - ednews.net

6 Dekabr, Cümə


“Ölkədə “uşaqpulu” verilmir” məntiqini qəbul etmirəm” - Əli Əhmədov

Cəmiyyət A- A A+

"Azərbaycanda xeyli ailə ünvanlı sosial yardım alır. Bu yardımdan faydalanan ailələrin əksəriyyəti çoxuşaqlıdır. Bu mənada "ölkədə "uşaqpulu" verilmir" məntiqini qəbul etmirəm”.

Eurasia Diary "modern.az"a istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, Baş Nazirin müavini Əli Əhmədov deyib. O qeyd edib ki, ünvanlı sosial yardım həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub:

“Çoxuşaqlı ailələr həm də aztəminatlı ailə hesab olunur. Azərbaycanda "uşaqpulu" verilmir" fikrini səsləndirmək doğru deyil. Azərbaycan hökuməti çoxuşaqlı ailələri diqqətdən kənarda saxlamır. Siz bunu "uşaqpulu" formasında ifadə edirsinizsə, o zaman bu, araşdırılmalıdır. Güman edirəm ki, bu məsələ araşdırıla və qərar qəbul oluna bilər. Bir daha qeyd edirəm ki, aztəminatlı ailələrin dövlətdən güzəştalma mexanizmi və forması mövcuddur".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...