Nənəsigilə qonaq gələn 11 yaşlı qızı maşın vurdu | Eurasia Diary - ednews.net

14 Dekabr, Şənbə


Nənəsigilə qonaq gələn 11 yaşlı qızı maşın vurdu

Cəmiyyət A- A A+
Qaxda 11 yaşlı qızı maşın vurub.

Ednews.net "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Tasmalı kəndində baş verib. Qax şəhər sakini, 1994-cü il təvəllüdlü Şəkiliyev Yunis Miraləm oğlu idarə etdiyi "QAZ 24" markalı avtomobillə hərəkətdə olarkən, Tasmalı kəndinə nənəsigilə qonaq gəlmiş 2008-ci il təvəllüdlü Mirzəyeva Ləman Nurlan qızını vurub. Yaralı dərhal Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralıya kəllə beyin travması diaqnozu qoyulub, vəziyyəti orta ağır qiymətləndirilir. Müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...