Goranboy rayonunda iki avtomobil toqquşub.
Eurasia Diary APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "BMW" markalı minik avtomobili "VAZ-2106" markalı maşınla toqquşub. Arxadan "VAZ-2106"ya çırpılan "BMW" toqquşmanın təsirindən idarəetmədən çıxıb və magistral yolun kənarına düşüb.
Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Avtomobildəkilərin yüngül xəsarət aldıqları bildirilir.
Faktla bağlı araşdırma aparılır.