“Məişət zorakılığına qarşı mübarizəyə ictimai dəstək” layihəsinin icrasına başlanılıb - FOTOLAR | Eurasia Diary - ednews.net

16 Sentyabr, Bazar ertəsi


“Məişət zorakılığına qarşı mübarizəyə ictimai dəstək” layihəsinin icrasına başlanılıb - FOTOLAR

Cəmiyyət A- A A+

10 sentyabrda "Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığına qarşı mübarizəyə ictimai dəstək” adlı layihənin icrasına başlayıb. İctimai Birliyinin mətbuat xidmətindən Eurasia Diary-ə daxil olan məlumata görə, Layihənin əsas məqsədi məişət zorakılığına qarşı mübarizəyə ictimai dəstəyin göstərilməsi üçün tədbirlərin təşkilindən ibarətdir.

Layihə 3 ay müddətində Ağdam və Bərdə rayonlarında həyata keçiriləcək.

10.09.2019-cu il tarixində layihə çərçivəsində Ağdam rayon Əlağalı Mədəniyyət evində təlim keçirilib. Təlimdə layihə rəhbəri Ətrabə xanım Məmmədova layihə və donor haqda ətraflı danışıb. Bildirib ki, “Son zamanlar xüsusi amansızlığı ilə yadda qalan məişət zorakılıqları nəticəsində baş verən ağır cinayətlər artmaqda davam edir. Kişinin öz həyat yoldaşına qəsd etməsi və ya əksinə, oğulun atanı öldürməsi və s. halları artıq demək olar ki adiləşib. Bu vətəndaş cəmiyyəti olaraq bizi də narahat edir. Və bütün bunların qarşısını almaq üçün çoxlu sayda tədbirlər həyata keçirmək, maarifləndirmə işləri aparmaq lazımdır.

Təlimi Şərqiyyə Dadaşova aparıb. O, məişət zorakılığı, səbəbləri, nəticələri və “Məişət zorakılığının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının qanunu haqda geniş məlumat verib. Sonra müzakirələr olub. Məişət zorakılığı zəminində baş verən cinayətlərə qarşı mübarizəyə ictimai dəstəyin göstərilməsi üçün təkliflər dinlənilib. İştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Ağdam rayon Əlağalı Mədəniyyət evinin müdiri Ə.Hicran Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına və “Müharibədən Zərər Çəkmiş Ailələrə Dəstək” İctimai Birliyinə təşəkkür edib.

Təlimdə 25 nəfər iştirak edib.

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...