Azərbaycanda “əxlaq polisi” yaradılır? - Rəsmi açıqlama | Eurasia Diary - ednews.net

15 Sentyabr,


Azərbaycanda “əxlaq polisi” yaradılır? - Rəsmi açıqlama

Cəmiyyət A- A A+

Son günlər sosial şəbəkələrdə Azərbaycanda “əxlaq polisi”nin yaradılacağı barədə şayiələr yayılır. Bu cür söz-söhbətlər polisin Bakının mərkəzində turistlərə intim xidmət təklif edən yüngül əxlaqlı qadınlara qarşı mübarizəni gücləndirməsindən qaynaqlanır.

Eurasia Diary xəbər verir ki, bunu oxu.az-a Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib. 

Onun sözlərinə görə, paytaxt sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, polis əməkdaşları Bakının bir sıra mərkəzi küçələrindən, xüsusən də “Torqovı”dan (Nizami küçəsi) Azərbaycan xalqının milli dəyərlərinə, mentalitetinə zidd hərəkətlərə yol verən və turistlərə ədəbsiz təkliflər edən qadınları yığışdırıb və onlara müvafiq xəbərdarlıq ediblər:

“Polisin bu hərəkətləri bütövlükdə şəhər sakinləri tərəfindən müsbət qarşılanıb. Ancaq son günlər sosial şəbəkələrdə bəzi istifadəçilər polisin bu hərəkətlərinə əsaslanaraq, Azərbaycanda yeni bir qurumun - “əxlaq polisi”nin yaradılacağı barədə məlumatlar yayırlar.

Bununla əlaqədar olaraq bildirirəm ki, bu bəyanatlar əsassızdır. Ümumiyyətlə, nə keçmişdə, nə də bu gün Daxili İşlər Nazirliyində “əxlaq polisi” strukturunun yaradılması üçün heç bir layihə olmayıb və yoxdur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...