Bu il 60 mindən çox insan işlə təmin edilib - Dövlət Məşğulluq Xidməti | Eurasia Diary - ednews.net

18 Sentyabr, Çərşənbə


Bu il 60 mindən çox insan işlə təmin edilib - Dövlət Məşğulluq Xidməti

Cəmiyyət A- A A+

Bu ilin 8 ayında Dövlət Məşğulluq Xidməti ötən ilin müvafiq dövrünə nisbətən 45,6 faiz çox olmaqla 60,5 minədək şəxsi işlə təmin edib.

Eurasia Diary xəbər verir ki, 2019-cu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq tədbirləri nəticəsində 60 475 nəfər münasib işlə təmin olunub.

Bu göstərici  ötən ilin müvafiq dövrünə nisbətən 45,6 faiz çoxdur.

Xüsusilə Prezident cənab İlham Əliyevin  təşəbbüsü əsasında hazırlanaraq icra olunan “İşsizin DOSTu” proqramı işsiz və işaxtaranların səmərəli məşğulluğunun təminatında önəmli rol oynayıb. Nazirliyin tabeliyindəki DOST Agentliyinin “DOST İş Mərkəzi” tərəfindən proqram çərçivəsində cari ilin 8 ayında 40 mindən çox vətəndaşa ödənişli ictimai işlərə göndəriş verilib. Proqram çərçivəsində işsiz və işaxtaranların əmək müqaviləsi əsasında  ödənişli ictimai işlərlə təminatı həyata keçirilib.

Yanvar-avqust aylarında Dövlət Məşğulluq Xidmətinin xətti ilə eyni zamanda 1200-ə yaxın vətəndaş üçün  peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. Əksəriyyəti gənclərdən ibarət 67 mindən çox şəxsə Xidmət tərəfindən peşəyönümü məsləhətlər verilib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...