“Avropa İnsan Haqları Məhkəməsi “Çıraqovlar və digərləri Ermənistana qarşı” işi üzrə ədalətli mövqedən çıxış edib və qərar qəbul edib. Düşünürəm ki, bu prosesi davam etdirmək olar”.
Eurasia Diary xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.
O bildirib ki, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri ədalətli mövqedən çıxış etməlidir.
“İşğala son qoyulması üçün Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal çıxarılmalıdır. Bundan sonra digər məsələlərə baxıla bilər”, - R. Rzayev vurğulayıb.(APA)