2020-ci ildə ali məktəblərdə pulsuz yerlərin sayı artırılacaq | Eurasia Diary - ednews.net

18 Sentyabr, Çərşənbə


2020-ci ildə ali məktəblərdə pulsuz yerlərin sayı artırılacaq

Cəmiyyət A- A A+
İnsan kapitalının inkişafı, əmək məhsuldarlığının artırılması, kompetensiyalı işçi qüvvəsinin yaradılması üzrə tədbirlər büdcə siyasətinin əsas istiqamətlərindən biri olaraq qalacaq.
 
Eurasia Diary xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair hazırladığı açıqlamada bildirilib.
 
Bu əsasda, təhsil islahatlarının davam etdirilməsi diqqət mərkəzində olacaq.
 
Məktəbəqədər təhsilin maliyyə təminatı, habelə ali məktəblərə dövlət  sifarişi  əsasında tələbə  qəbulunun daha da genişləndirilməsi məqsədilə müvafiq maliyyə təminatı ayrılacaq. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...