Təhsil ekspertindən direktorlara sərt İTTİHAM - “Sevgililərini katibə, laborant götürürlər!” | Eurasia Diary - ednews.net

22 Oktyabr, Çərşənbə axşamı


Təhsil ekspertindən direktorlara sərt İTTİHAM - “Sevgililərini katibə, laborant götürürlər!”

Cəmiyyət A- A A+

“Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsi orta məktəblərə direktor təyin edəndən sonra bir nəzarət etsin ki, onlar da sevgililərini, saxladığlarını məktəbə katibə, laborant vəzifəsinə götürməsinlər”.

Eurasia Diary xəbər verir ki, bufikirləri tanınmış təhsil eksperti Kamran Əsədov "Facebook" hesabında yazıb.

K.Əsədov direktorlara aşağıdakı ittihamları da irəli sürüb:

“Tədris ili başlayan kimi bunlar da başladı. X-XI sinif şagirdlərindən aylıq, illik pul alıb buraxmaqları azdır, indi dərs saatı bölgüsünə də müəllimlərdən 50-100 manatdan pul yığmağa başlayıblar.

Xəzər rayon Binə qəsəbəsində olan məktəblər və onların direktorlarının qanunusuz əməlləri barədə gələn həftə ərzində tədbir görülməsə, baş verən hadisələrdə hər iki qurumun marağı və əli olduğunu qəbul edib məsələni daha açıq şəkildə yazacam”. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...