Bakının qurtuluşu gününə həsr olunmuş mərasimdə Türkiyədən gəlmiş qazilər yallı halayına qoşulublar

Cəmiyyət 13:23 16.09.2019

Müdafiə Nazirliyinin və Türkiyənin Azərbaycan səfirliyinin birgə təşkilatçılığı ilə Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 101-ci ildönümü münasibəti ilə sentyabrın 15-də təntənəli mərasim keçirilib.

Eurasia Diary xəbər verir ki, Bakı Qarnizonundakı hərbi hissələri, qoşunları təmsil edən əsgər və zabitlər, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları Türkiyə səfirliyində Mustafa Kamal Atatürkün və Nuru Paşanın abidələrini ziyarət edib, Nuru Paşa salonu ilə tanış olublar.

Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqları ilə bəzədilmiş amfiteatrda əsl bayram əhval-ruhiyyəsi yaşanıb. Hərbi orkestr Türkiyədən gəlmiş qaziləri, istefada olan türk paşalarını, Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Ordusu rəsmilərini, qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrini 101 il öncənin əsgər mahnı və marşları ilə qarşılayıb.

Layihənin müəllifi, Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani 1918-ci ilin 15 sentyabr gününü Bakının qurtuluş günü kimi səciyyələndirərək, bu günün ölkəmizin XX əsr tarixində şərəfli bir gün olduğunu böyük fəxarət hissi ilə qeyd edib.

“101 il öncə Azərbaycan Əlahiddə Korpusu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Azərbaycan və Türkiyə əsgərlərinin, zabitlərinin qəhrəmanlığı, rəşadəti nəticəsində Bakı tamamilə azad olundu. Tarixi düşmənlərimizin arzuları gözlərində qaldı, onlar mənfur niyyətlərini həyata keçirə bilmədilər. Müstəqilliyini yenicə elan etmiş Azərbaycan Xalq Cümhuriyyətini beşikdə boğmaq istəyən nankor qüvvələr qəhrəman “mehmetciyin” və Azərbaycan Ordusunun ilk döyüşçülərinin qarşısında duruş gətirə bilmədilər. Neçə-neçə şəhidlər verilsə də, Qafqaz İslam Ordusunun əsgər və zabitləri ruhdan düşmədi, bir addım da olsun geri çəkilmədi, döyüş meydanlarında Anadolu türklərinin qanı azərbaycanlıların qanına qarışdı.

15 sentyabr Bakının işğaldan azad edilməsi günü sevinci və kədəri bir olan, bir millət, iki dövlətin, Azərbaycan və Türkiyə xalqlarının müştərək zəfər bayramı günüdür. Bakının qurtuluşundan əsrdən artıq bir vaxt ötsə də, xalqımız “Qan ilə qazandıq zəfəri, verməyiz əldən!” şüarı ilə vuruşmuş türk və azərbaycanlı əsgərlərin xatirəsini həmişə əziz tutur, onları minnətdarlıqla yad edir. Biz 101 il öncə olduğu kimi 15 sentyabr gününü bu gün də birlikdə qeyd edir, gələcəkdə də əziz bayram kimi qeyd edəcəyik. Bu, heç kimdə şübhə doğurmamalıdır”, - polkovnik A.Qurbani deyib.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, ulu öndər Heydər Əliyevin, Nuru Paşanın, həmçinin hər iki ölkənin şəhidlərinin xatirəsi sayğı duruşu ilə yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himnləri ifa olunub.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral təntənəli mərasimə toplaşanları salamlayıb, əlamətdar gün münasibətilə təbrik edib, tədbirin təşkilində göstərdiyi köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə və təşkilatçılara minnətdarlığını bildirib.

Səfir qeyd edib ki, Bakının işğaldan azad edilməsi bütün türk dünyası və onun  gələcəyi üçün tarixi bir hadisə idi. Bu, Azərbaycan-Türkiyə münasibətləri baxımından deyil, həm də dünya tarixi üçün önəmli bir hadisə idi. Bu, Azərbaycan və Anadolu türklərinin qardaşlığının, birliyinin, həmrəyliyinin bariz nümunəsi idi. Birinci Dünya müharibəsinin bitməsindən sonra Osmanlı İmperiyası son günlərini yaşamasına, parçalanmaq təhlükəsi ilə üzləşməsinə baxmayaraq, ən yaxşı əsgərlərini Azərbaycana köməyə göndərdi. Onlar qardaş köməyinə gəldilər, döyüşdülər, yaralandılar, şəhid oldular. Ancaq qarşılarına qoyduqları məqsədə çatdılar. Bakı və ətraf rayonlar işğaldan azad edildi.

Daha sonra E.Özoral Türkiyədə Qurtuluş savaşına böyük dəstək vermiş və nəticədə Türkiyənin dünya xəritəsindən silinməsinə qarşı mübarizədə onlara böyük dəstək olmuş Nəriman Nərimanova Mustafa Kamal Atatürkün bu köməyin əvəzini verməyini təklif etdiyində N.Nərimanovun ona “Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş hər durumda qardaşın əlindən tutar” cavabını verdiyini xatırlayıb və bunun bir ənənə, örnək olduğunu bildirib.

Fövqəladə və səlahiyyətli səfir ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamlarının hər iki ölkənin vətəndaşları üçün şüar olduğunu, bu qardaşlığın Azərbaycan və Türkiyə Respublikalarının prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən bu gün də uğurla davam etdirildiyini söyləyib.

İstefada olan general-leytenant Yaşar Aydəmirov, general-mayor Rasim Əliyev isə çıxışlarında Nuru Paşanı və onun qəhrəman “metmetciklərini” ehtiramla yad edib, Türkiyə təmsilçilərinə minnətdarlıqlarını bildirib və tədbir iştirakçılarına Müdafiə Nazirliyinin rəhbərliyinin təbrikini çatdırıblar.

Türk qaziləri adından söz alan Anadolu Aydınlar Ocağının rəhbəri, professor-doktor, istefada olan polkovnik İbrahim Öztek Azərbaycan-Türkiyə qardaşlığına həsr etdiyi yeni şeirini oxuyub.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının, “Səma” rəqs qrupunun və incəsənət ustalarının iştirakı ilə “Bir ürəkdə iki can - Türkiyə-Azərbaycan” adlı ədəbi-musiqili bədii proqram təqdim olunub. Türkiyə və Azərbaycan xalqlarının mahnıları, milli rəqslər və şeirlər mərasimi coşdurub. 

Bakının qurtuluşu gününə həsr olunmuş təntənəli mərasimdə Türkiyədən gəlmiş, yaşları 80-90-ı haqlamış türk qaziləri yallı halayına qoşulub, “Nuru Paşa”, “Çırpınırdın Qara dəniz”, “Qardaşlıq türküsü” mahnılarını ifa edənlərin səslərinə səs veriblər.

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümünə həsr olunmuş təntənəli mərasim Azərbaycan-Türkiyə qardaşlığının nümayişinə çevrilib.

 

Rəhman Mustafayev Ermənistan nümayəndəliyini belə İFŞA ETDİ - VİDEO

Xəbər xətti

Məktəblərdə “Son zəng” keçirilməsi qadağan olunur? – Rəsmi AÇIQLAMA
13:13 18.04.2024
Yerli sakinlərin narazılığına görə məscid sökülür -BU ÖLKƏDƏ
Yerli sakinlərin narazılığına görə məscid sökülür -BU ÖLKƏDƏ
13:04 18.04.2024
Təhsil verənlərin sertifikatlaşdırılmasının vaxtı AÇIQLANDI – RƏSMİ
12:52 18.04.2024
Azərbaycan Ordusunun aviasiya vasitələri təlim-məşq uçuşları keçirib - VİDEO
12:45 18.04.2024
Uşaq bağçalarının 40-a yaxın müdiri İŞDƏN ÇIXARILIB – RƏSMİ
12:40 18.04.2024
Ermənilərin Xudavəng monastırında törətdiyi vandalizmlə bağlı lazımi addımlar atılacaq - RƏSMİ
12:35 18.04.2024
Fulya Öztürk: "Azərbaycanlılarla bir-birimizi hər yerdə tapa bilərik" - VİDEO
Fulya Öztürk: "Azərbaycanlılarla bir-birimizi hər yerdə tapa bilərik" - VİDEO
12:27 18.04.2024
Sabah 27 dərəcə isti olacaq
Sabah 27 dərəcə isti olacaq
12:23 18.04.2024
Paşinyan: "İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginlik yaradacaq"
12:05 18.04.2024
Roma Papası: Katoliklər artdı, rahiblər azaldı
Roma Papası: Katoliklər artdı, rahiblər azaldı
12:00 18.04.2024
Dövlət Xidməti: “Amaras monastırında monitorinqlər aparılıb”
11:55 18.04.2024
“Ermənistanın etnik təmizləmə haqqında iddiaları əsassız olaraq qalır” – Samuel Uordsvors - VİDEO
11:54 18.04.2024
Çingiz Abdullayev: “Artıq o dünyada olmuşam, heç qorxmuram”
11:49 18.04.2024
Rəhman Mustafayev Ermənistan nümayəndəliyini belə İFŞA ETDİ - VİDEO
11:43 18.04.2024
Azərbaycanlı şahmatçı yenə uduzdu
Azərbaycanlı şahmatçı yenə uduzdu
11:35 18.04.2024
Sülhməramlıların mövcudluğu Azərbaycan üçün təhlükə idi? - Politoloqdan RƏY
11:30 18.04.2024
Aprelin 21-də buraxılış imtahanı keçiriləcək
11:27 18.04.2024
İqtisadiyyat nazirinin müavini təyin olunan Anar Axundov kimdir? – DOSYE
11:20 18.04.2024
İqtisadiyyat nazirinə yeni müavin TƏYİN OLUNDU
11:17 18.04.2024
AB sammitində Türkiyə- Kipr ilə bağlı bəyannamə
AB sammitində Türkiyə- Kipr ilə bağlı bəyannamə
11:15 18.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 3 gün bağlı olacaq
11:05 18.04.2024
Aytən Səfərovanın vəziyyəti açıqlanıb
11:00 18.04.2024
Aİ liderləri İrana qarşı sanksiyalar tətbiq etmək qərarına gəliblər
Aİ liderləri İrana qarşı sanksiyalar tətbiq etmək qərarına gəliblər
10:55 18.04.2024
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un SATILACAQ
10:50 18.04.2024
Yeni qanun qadınlara təzyiqi artıra bilər
Yeni qanun qadınlara təzyiqi artıra bilər
10:45 18.04.2024
Paşinyan: "Azərbaycanlılarla ünsiyyət qurmaq istəmirsinizsə, qurmayın"
10:35 18.04.2024
Umud Mirzəyev: “Rusiya sülhməramlılarının Qarabağı tərk etməsini anbaan gözləyirdim”
10:30 18.04.2024
Satanovski: Rusiyanın Cənubi Qafqazdakı mövcudluğu başa çatıb
10:20 18.04.2024
Teslanın Hindistan planı
Teslanın Hindistan planı
10:15 18.04.2024
Fukusimanın radioaktiv tullantı suları okeana axıdılacaq
Fukusimanın radioaktiv tullantı suları okeana axıdılacaq
10:13 18.04.2024
Şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK — VİDEO
10:10 18.04.2024
ABŞ Dövlət Departamenti Azərbaycan mətbuatının sorğusunu cavablandırdı
10:05 18.04.2024
Aİ sanksiyaların pozulmasını “məhkəmə cinayəti” kimi qiymətləndirəcək
Aİ sanksiyaların pozulmasını “məhkəmə cinayəti” kimi qiymətləndirəcək
10:00 18.04.2024
Nazir: COP29 ərəfəsində reallaşdırılacaq ilk bərpa olunan enerji hərracı dəyərləndirilib
09:55 18.04.2024
Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
Hindistan əhalinin sayına görə dünyada birinci yerdədir
09:40 18.04.2024
Xankəndidə xeyli silah-sursat aşkarlanıb
09:37 18.04.2024
Beynəlxalq Ədalət Məhkəməsi nə qədər ədalətlidir? - Umud Mirzəyev ŞƏRH EDİR – MÜSAHİBƏ – VİDEO
09:28 18.04.2024
Bu gün Başlıbel faciəsinin ildönümüdür
09:21 18.04.2024
Azərbaycanlı politoloq Meksika mediasında - FOTO
Azərbaycanlı politoloq Meksika mediasında - FOTO
09:15 18.04.2024
Ağdamda minaatan qurğular aşkar edilib
09:10 18.04.2024
Hamısı