Bilik Günü Goranboy rayonunun Boluslu kənd orta məktəbi üçün heç də ürəkaçan olmayıb.
Kənd sakinlərinin saytımıza verdiyi məlumata görə, elə ilk dərs saatında 2-ci siniflərin dərs aldığı sinif otağının tavanı uçub. Xoşbəxtlikdən xəsarət alan olmasa da, ətrafı toz-duman bürüyüb.
Boluslu kənd sakinləri bildirirlər ki, həmin məktəb 1967-ci ildə istifadəyə verilib və hazırda qəzalı vəziyyətdədir.
Valideynlər Təhsil naziri Ceyhun Bayramovdan, digər adiyyatı qurumlardan məktəbə baxış keçirib tədbir görülülməsini xahiş ediblər.