Bakı Dövlət Universitetində Bilik Günü keçirilib

Cəmiyyət 15:05 16.09.2019

Bakı Dövlət Universitetində (BDU) Bilik Günü keçirilib. 

Eurasia Diary xəbər verir ki, hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri rektor Elçin Babayev açaraq Azərbaycan ali təhsil ocaqlarının flaqmanı olan 100 yaşlı Bakı Dövlət Universitetinin birinci kurs tələbələrini və onun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinə qəbul olan şagirdləri təbrik edib. “Siz həyatınızın mühüm bir mərhələsinə qədəm qoyursunuz. Universitetin 100 yaşının tamam olduğu ildə onun bir üzvünə çevrilirsiniz. Bunu sonralar dəyərləndirəcək, xatirələrinizdə yaşadacaqsınız”, - deyən rektor yüzüncü ilin birincilərinə universitetdə onlar üçün yaradılan şəraitdən səmərəli istifadə etmələrini tövsiyə edib. Rektor tələbələrin təhsilə başladıqları bu gündən etibarən savadlı, bilikli, elmli, bacarıqlı bir mütəxəssis kimi yetişəcəklərinə, ölkəmizin tərəqqisində, cəmiyyətin inkişafında mühüm rol oynayacaqlarına, fəaliyyətlərində vətənpərvərlik və dövlətçilik prinsiplərini əsas tutacaqlarına, Bakı Dövlət Universitetinin adına hər zaman şərəf və şöhrət gətirəcəklərinə əminliyini ifadə edib. Universitetin respublikamız və əksər dünya dövlətləri üçün yüksək ixtisaslı mütəxəssislər hazırladığını vurğulayaraq həmin məzunlar arasında dünya elminə, mədəniyyətinə, siyasətinə təsir göstərmək qüdrətinə malik yüzlərlə tarixi şəxsiyyətlər arasında ümummilli lider Heydər Əliyev xüsusi yer tutduğunu diqqətə çatdırıb.

Noyabr ayında Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd ediləcəyini bildirən rektor yubiley tədbirlərinin indiyədək UNESCO-nun Parisdəki Baş qərargahında və Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində qeyd edildiyini, çoxsaylı elmi, mədəni, kütləvi tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu da fikirlərinə əlavə edib.

Bu il ölkə üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarından danışan rektor  ən çox tələbə qəbulunun Bakı Dövlət Universitetinin payına düşdüyünü, Qazax filialı da daxil olmaqla ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə BDU-ya qəbul olunanların ümumi sayının 6462 nəfər təşkil etdiyini bildirib. Məlum olub ki, həmin tələbələrdən 5127 nəfər bakalavriat səviyyəsinə, 550 nəfər Qazax filialına, 785 nəfər tələbə isə magistraturaya qəbul olunub. Qəbul imtahanı verən abituriyentlərdən 500-dən çox bal toplayan 1563 nəfəri Bakı Dövlət Universitetini seçib.

“Gənc istedadlar” liseyi haqqında məlumat verən rektor Elçin Babayevin sözlərinə görə bu il liseyi bitirən 48 məzundan 16 nəfəri 600-dən yuxarı bal toplayıb, 3 nəfər Prezident təqaüdünə, 6 nəfər qızıl, 1 nəfər gümüş medala, 6 nəfər fərqlənmə attestatına layiq görülüb.

Tədbirdə BDU-nun professor-müəllim heyəti adından professor Ülviyyə Həsənova, tələbələr adından isə Tarix fakültəsinin tələbəsi Jalə Vəliyeva çıxış ediblər.

Sonra hər fakültədən ən yüksək bal toplamış 2 tələbəyə tələbə vəsiqəsi və korporativ elektron poçt ünvanı, 660 baldan yuxarı nəticə göstərmiş 33 tələbəyə isə YAP Yasamal rayon Təşkilatının hədiyyəsi təqdim edilib.

Bilik günü rektorun birinci kurs tələbələri ilə BDU-nun həyətində çiçəklərin əkilməsi mərasimiylə başa çatıb.

Tədbir boyunca hərbi orkestr mahnılar ifa edib.

 

 

Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO

Xəbər xətti

“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR - CANLI
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Vüqar Gülməmmədov parlamentdə HESABAT VERİR
11:50 19.04.2024
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
AEBA-dan İranda olan nüvə obyektlər ilə bağlı bildiriş - FOTO
11:47 19.04.2024
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
Rusiyanın Ukraynada itkiləri kəskin artıb: Ruslar niyə ciddi itkilər verir?
11:40 19.04.2024
Xəzərdə şərti düşmən hədəfləri məhv edildi - VİDEO
11:37 19.04.2024
Kirayəçilər binaların idarə olunmasında iştirak edə biləcəklər?
11:35 19.04.2024
Rusiyanın öz ordusunu Qarabağdan çıxarmasının PƏRDƏARXASI - Türkiyəli politoloqla ÖZƏL
11:30 19.04.2024
Milli Məclisin növbəti iclası BAŞLADI
11:25 19.04.2024
Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR
11:25 19.04.2024
Kəlbəcərdə "futbol həyəcanı" - VİDEO
11:18 19.04.2024
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
Şirkətə borcunu ödəyə bilməyən ölkə işıqsız qalıb
11:15 19.04.2024
“ABŞ-ın sülhməramlılarla bağlı qərəzli mövqe sərgiləməsi təəssüf doğurur” - Deputat Könül Nurullayeva
11:05 19.04.2024
Süni qiymət artımının qarşısı nə zaman alınacaq? - MÜZAKİRƏ - DEBAT - VİDEO
11:00 19.04.2024
Azərbaycan nefti ucuzlaşdı
10:50 19.04.2024
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
İsrailin İrana hücumundan sonra neftin qiyməti qalxıb
10:45 19.04.2024
Erməni general: Bütün bəlaların səbəbi Rusiyadır
10:30 19.04.2024
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
Nikol Paşinyana hərbi ekspertdən gülməli TƏKLİF
10:23 19.04.2024
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
Şimali Koreya Cənubi Koreya sərhədi boyunca küçə işıqlarını sökür
10:20 19.04.2024
ABŞ Zəngəzur yolunun bu şərtlərdə açılmasını istəmir... - ŞƏRH
10:15 19.04.2024
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
Çad ABŞ qoşunlarını ölkədən çıxarmaqla hədələyir
10:09 19.04.2024
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
Zelenskiyə sui-qəsd etməyə çalışan Polşa vətəndaşı həbs olunub
10:00 19.04.2024
İsrailin İrana hücumu Qərb mətbuatında - FOTOLAR
09:44 19.04.2024
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu
09:36 19.04.2024
Ağdərə-Ağdam yolunun inşasına başlanıldı
09:34 19.04.2024
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
Rusiya hərbi təyyarəsi Stavropolda qəzaya uğrayıb - VİDEO
09:33 19.04.2024
İranlı general: İsfahanda heç bir dağıntı yoxdur
09:20 19.04.2024
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
İsrail İrana raket zərbəsi endirdi - VİDEO
09:00 19.04.2024
Hamısı