Bərdədə təcili yardım maşını qəzaya düşüb - yaralılar var | Eurasia Diary - ednews.net

15 Oktyabr, Çərşənbə axşamı


Bərdədə təcili yardım maşını qəzaya düşüb - yaralılar var

Cəmiyyət A- A A+

Bərdə rayonunda yol qəzası baş verib.

Eurasia Diary-nin "Report"a istinadən məlumatına görə, hadisə Qaradəmirçi kəndində qeydə alınıb.

Belə ki, çağırışa gedən təcili yardım maşını "VAZ-2107" markalı avtomobillə toqquşub. Nəticədə minik maşınında olan iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin başvermə səbəbləri və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...