Mərhum pilot Rəşad Atakişiyevin ailəsi Əli Nağıyevə müraciət etdi - FOTO | Eurasia Diary - ednews.net

15 Oktyabr, Çərşənbə axşamı


Mərhum pilot Rəşad Atakişiyevin ailəsi Əli Nağıyevə müraciət etdi - FOTO

Cəmiyyət A- A A+

Sosial şəbəkədə pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovanın adından saxta profil açılıb. Həmin profil vasitəsilə insanlardan maddi yardım istənilib. Bu məsələdən xəbər tutan pilotun ailəsi Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə müraciət edib.

Eurasia Diary xəbər verir ki, bu barədə Azvision.az-a MiQ-29 hərbi təyyarəsi ilə qəzaya düşərək həlak olan pilot Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, DTX rəisi Əli Nağıyevə ünvanlanan müraciətdə həmin şəxslərin tapılması xahiş edilib.

"Bu, həm şəhidi, həm də şəhidin ailəsini nüfuzdan salmaq məqsədi güdür. Pul dilənçiliyi həyata keçirdiyi üçün həmin şəxslər tapılaraq məsuliyyətə cəlb edilməlidir".

Q.Hüseynli Müdafiə nazirinin də məsələdən xəbərdar olduğunu qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...