Tələbə adını qazananlar təhsilhaqqını hansı şəkildə ödəyəcək? - CAVAB | Eurasia Diary - ednews.net

17 Oktyabr, Cümə axşamı


Tələbə adını qazananlar təhsilhaqqını hansı şəkildə ödəyəcək? - CAVAB

Cəmiyyət A- A A+

Bu gün ali təhsil müəssisələrində də yeni dərs ilinə start verilib.

Ödənişli əsaslarla ali məktəblərə qəbul olunan tələbələri ən çox maraqlandıran əsas məsələlərdən biri təhsilhaqqının necə ödənilməsi ilə bağlıdır.

Eurasia Diary azedu.az-a istinadən xəbər verir ki, son günlərdə Təhsil naziri Ceyhun Bayramovun verdiyi tapşırığa əsasən, təhsilhaqqını iki dəfəyə ödəmək mümkündür.

Lakin nazirin qərarı ilə iki dəfəyə ödəmək imkanı olmayan tələbələrə şərait yaradılır ki, təhsilhaqqı aylara bölünərək ödənilsin.

Yeni qayda bütün kurs tələbələrinə şamil edilir.

Xatırladaq ki, sözügedən ödəniş forması bu tədris ilindən etibarən qüvvəyə minib. Ötən il I kurs tələbələrinə təhsilhaqqını bütov, digər kurs tələbələrinə isə 2 dəfəyə ödəmək imkanı verilirdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...