Dünya ölkələrində “Bilik Günü” ənənəsi | Eurasia Diary - ednews.net

19 Oktyabr, Şənbə


Dünya ölkələrində “Bilik Günü” ənənəsi

Cəmiyyət A- A A+

Məktəblər hər ölkədə müxtəlif tarixlərdə başlasa da, ilk gün hər yerdə böyük hadisədir. Bəzən tətil qutardığı üçün şagirdlər məktəbə uyğunlaşma problem yaşasa da ilk gün həmişə həyəcanlı və təntənəli keçir.

Eurasia Diary "AzEdu.az"a istinadən xəbər verir ki, müxtəlif ölkələrdə keçirilən bilik günü ənənəsini təqdim edir.

Türkiyə

Tədris ili sentyabr ayının ortalarında başlayır. Başlanma tarixi isə  bazar ertəsinin hansı tarixə  düşməsindən asılıdır. İlk gün həmişə bazar ertəsindən başlayır.  Şagirdlər məktəbli forması geyinirlər və müəllimlərinə gül gətirirlər. Adətən  şagirdlər ilk gün yay tətili haqqında danışırlar. Dərslər keçirilmir.  İlin başlanması təntənli mərasimlə qeyd olunmasa da,  məktəb ilinin sonunda çoxlu tədbirlər keçirilir.

Səudiyyə Ərəbistanı

Məktəb avqustun  ayının sonlarından başlayır və aprelin sonuna qədər davam edir. İlk dəfə məktəbə gedəndə  üç gün böyük bayram kimi qarşılanır. Bu günlər ərzində yeni dostluqlar və başqa şagirdlər ilə münasibətlər yaradılır. Müəllimlər şagirdlər üçün güllər, həmçinin yemək gətirirlər. Üç gün ərzində məktəbdə dərslər keçirilmir, sadəcə  şagirdlər müxtəlif fəaliyyətlərdə iştirak edirlər. Qızlar və oğlanlar müxtəlif məktəblərə gedirlər. Adətən uşaqlar 6 yaşında məktəbə başlayır. İbtidai təhsil 6,  orta təhsil 3, tam təhsil 3 il davam edir. Hər təhsil pilləsi müxtəlif məktəb binalarında, fərqli parta yoldaşı ilə davam edə bilər. Amma on iki il sinifdə eyni şagirdlər olur. Şagird kollektivi dəyişmir.  Xüsusi məktəb formasi olmasa da, oğlanların hamısı ənənəvi ağ xalat geyinir. Kitab, qələm, karandaş və s. ləvazimatlar məktəb tərəfindən təmin olunur. Bu kimi ləvazimatları almağa ehtiyac olmur.

ABŞ

Baxmayaraq ki, tədris ilinin başlanması münasibətilə xüsusi mərasim keçirilmir, amma hər kəs ilk dərs günü forma geyinəcəyi üçün həyəcanlı olur.  Özəl məktəblərdə oxuyanlardan forma geyinmək tələb olunmur. Məktəbə başlamazdan əvvəl şagirdlər valideynləri ilə birgə ticarət mərkəzlərinə gedərək paltarlar, yeni ləvazimatlar alaraq tədarük görürlər.

İndoneziya

Tədris ili iyulun ortaları, iyunun sonlarından başlayır. Dekabr  və  müqəddəs Ramazan aylarında  məktəblərdə tətil elan olunur. Bu bayram ildən ilə dəyişdiyi üçün tətil vaxtı da müxtəlif tarixlərə təsadüf edir. İndoneziya məktəblərində tələbə oriyentasiyası kimi  ənənə mövcuddur.  Bütün şagirdlər iki, yaxud üç qrupa ayrılırlar. Onlara məktəbə yeni gələn şagirdlərlə əlaqə qurmaq, məktəb haqqında məlumat vermək tapşırılır.

İbtidai məktəb 6 yaşda başlayır və 12 yaşa qədər davam edir. Orta təhsil 13-15, tam təhsil isə 16-18 yaşa qədər davam edir. Dövlət məktəblərinə qəbul olmaq sərbəstdir. Dövlət məktəblərində oxuyanda kitabları, ləvazimatları tələbələr özü almalıdır.

YAPONİYA

Yaponiyada məktəb ili  adətən aprel ayından başlayır. Təxminən iyuldan avqusta qədər ildə bir dəfə  ay yarım tətil verirlər. Tədris ilininin sonu isə mart ayına təsadüf edir.

Məktəbin ilk günü şagirdlər adətən bir-biri ilə, yeni sinif yoldaşlarıyla tanış olurlar. Sonra iclas zalında müəllimlər özlərini təqdim edirlər.  Şagirdlər ibtidai siniflərdə  xüsusi məktəbli forması geyinmirlər, orta və yuxarı siniflərdə isə  geyinirlər.  Məktəb illəri 12 il davam edir. Uşaqlar  6-12 yaşda ibtidai sinif, 13-15 yaş orta, 16-18 yaşda isə yuxarı sinifdə oxuyurlar. Bir sinifdə 40 şagird olur. Kitablar məktəb tərəfindən verilsə də, digər ləvazimatları şagirdlər özü alır.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...