Dillər Universiteti işçi axtarır - VAKANT YERLƏRİN SİYAHISI | Eurasia Diary - ednews.net

20 Oktyabr,


Dillər Universiteti işçi axtarır - VAKANT YERLƏRİN SİYAHISI

Cəmiyyət A- A A+

Аzərbаycаn Dillər Univеrsitеti bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdib.

Eurasia Diary xəbər verir ki, müsabiqədə yüksək peşə-ixtisas hazırlığına, elmi ad və dərəcələrə, lazımi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.

Müsаbiqədə iştirаk еtmək istəyənlər sənədlərini 30 gün müddətində rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana müraciət edə bilərlər.

Bаkı şəhəri, AZ1014, R.Bеhbudоv küçəsi 134, tеlefon- 441-­­22-78 (əlavə -230) 441-22-79 (əlavə -230).

Universitetdə boş olan vəzifələr aşağıdakılardır:

1 Təhsil -2 fakültəsi dekan
2 Azərbaycan dilçiliyi kafedrası kafedra müdiri
3 Filologiya fakültəsi nəzdində ingilis dilinin leksikologiyası və üslubiyyatı kafedrası müəllim -1,5 ştat
4 İngilis dilinin fonetikası kafedrası müəllim - 2 ştat
5 Fransız dilinin fonetikası və qrammatikası kafedrası professor - 1 ştat
6 Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası professor - 1 ştat
7 German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası baş müəllim - 0,5 ştat
8 Filologiya fakültəsi nəzdində xarici dillərinin tədrisi metodikası kafedrası dosent -0,5 ştat, baş müəllim-1 ştat,müəllim -0,5 ştat.
9 Təhsil-1 fakültəsi nəzdində xarici dillərin tədrisi metodikası kafedrası baş müəllim -2 ştat, müəllim -0,5 ştat
10 Təhsil-2 fakültəsi nəzdində xarici dillər kafedrası baş müəllim - 1 ştat, müəllim -1,25 ştat
11 Filologiya fakültəsi nəzdində xarici dillər kafedrası baş müəllim - 0,5 ştat, müəllim-0,5ştat
12 Tərcümə fakültəsi nəzdində xarici dillər kafedrası baş müəllim -2,5 ştat
13 Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində xarici dillər kafedrası müəllim - 3ştat
14 Regionşünaslıq kafedrası baş müəllim - 1,5 ştat
15 Beynəlxalq münasibətlər kafdrası müəllim - 1,5 ştat
16 Xarici ölkələr ədəbiyyatı kafedrası dosent - 1 ştat, baş müəllim-1 ştat, müəllim-2ştat
17 Ümumi dilçilik kafedrası dosent -0,5ştat, baş müəllim - 1 ştat,müəllim -0,5 ştat
18 Pedaqogika kafedrası dosent -1,5 ştat, baş müəllim - 1 ştat, müəllim -0,5 ştat
19 İnformasiya texnologiyaları kafedrası dosent - 2 ştat, baş müəllim - 2,5 ştat
20 Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrası baş müəllim - 1 ştat, müəllim - 1 ştat
21 Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrası dosent - 1ştat, müəllim - 0,5 ştat
22 Psixologiya kafedrası dosent - 0,5 ştat

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...