Polis əməkdaşı yol qəzasında həlak oldu - Azərbaycanda | Eurasia Diary - ednews.net

20 Oktyabr,


Polis əməkdaşı yol qəzasında həlak oldu - Azərbaycanda

Cəmiyyət A- A A+

Masallı rayonunda yol qəzası olub.

Eurasia Diary “report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Sərçuvar kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Bakı şəhəri sakini, 1986-cı il təvəllüdlü polis leytenantı Mehdi Böyükağa oğlu Əhmədovun idarə etdiyi "VAZ 2107" markalı 99 ME 637 dövlət qeydiyyatı nişanlı avtomobil Lənkəran rayonu, Girdəni kənd sakini, 1952-ci il təvəllüdlü Kamal Cəfər oğlu Fətullayevin idarə etdiyi "KAMaz" markalı 42 BL 695 dövlət qeydiyyatı nişanlı yük avtomobili ilə toqquşub. Nəticədə "VAZ 2107"nin sürücüsü ağır bədən xəsərətləri alıb. 

Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılan M.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb. O, bir neçə saatdan sonra xəstəxanada ölüb. 

Faktla bağlı araşdırma aparılır.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...