Goranboyda tavanı çökən məktəblə bağlı AÇIQLAMA - Direktor: "Hal-hazırda FHN-in işçiləri ərazidədirlər" - FOTOLAR | Eurasia Diary - ednews.net

19 Oktyabr, Şənbə


Goranboyda tavanı çökən məktəblə bağlı AÇIQLAMA - Direktor: "Hal-hazırda FHN-in işçiləri ərazidədirlər" - FOTOLAR

Cəmiyyət A- A A+

Xəbər verdiyimiz kimi, ötən gün Goranboy rayonunun Boluslu kənd orta məktəbində dərs zamanı 2-ci siniflərin dəsr aldığı sinif otaqlarından birinin tavanı çöküb. Kənd sakinləri sözügedən məktəbin qəzalı olduğunu bildiriblər.  

Eurasia Diary hadisə ilə əlaqədar Boluslu kənd məktəbinin direktoru Sevda Qədimova ilə əlaqə saxlayıb.

Direktor hadisəni təsdiq edərək bildirib ki, xoşbəxtlikdən şagird və müəllimlərdən xəsarət alan olmayıb. S.Qədimova məktəbin qəzalı vəziyyətdə olduğunu da bildirib:

"Boluslu kənd məktəb binasının təmiri isə 2020-ci ildə nəzərdə tutulmuşdu. Hal-hazırda FHN-in işçiləri ərazidədirlər və təmir bərpa işlərini həyata keçirirlər. Bizim məktəb binası üç korpusdan ibarətdir. Qəzalı vəziyyətdə olan korpus demək olar ki, tam bağlandı və uşaqlar üçüncü korpusa yerləşdirilib".

Leyla QƏNİYEVA

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...