“Güllələnmiş heykəllər” ziyarət olunub - FOTOLAR | Eurasia Diary - ednews.net

16 Oktyabr, Çərşənbə


“Güllələnmiş heykəllər” ziyarət olunub - FOTOLAR

Cəmiyyət A- A A+

Milli Musiqi Günündə mədəniyyət və ictimaiyyət nümayəndələri Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində nümayiş olunan “Güllələnmiş heykəllər”i ziyarət ediblər.

Eurasia Diary-nin məlumatına görə, Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, "Güllələnmiş heykəllər" mütləq öz doğma yerlərinə qaytarılmalıdır.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasəti nəticəsində Üzeyir Hacıbəylinin, Xurşudbanu Natəvanın, Bülbülün heykəlləri Şuşada yenidən ucaldılacaq: "Biz var qüvvəmizlə çalışacağıq ki, o torpaqlar qaytarılsın və dahi Üzeyir bəyin vətənində onun musiqiləri səsləndirilsin".

Daha sonra  Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşudbanu Natəvanın büstləri önünə tər güllər düzülüb, xatirələri hörmətlə anılıb.
 
 
 
 
 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...