Sentyabrın 16-da Goranboy rayonunun Boluslu kənd orta məktəbində dərs zamanı 2-ci siniflərin dərs aldığı sinif otaqlarından birinin tavanın çökməsi hadisəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Şəbəkə istifadəçilərinin yazdığına görə, Azərbaycanda Boluslu məktəbi kimi qəzalı təhsil müəssisələrinin sayı az deyil.
Eurasia Diary xəbər verir ki, Goranboy rayonunda daha bir neçə məktəb var ki, onlar da qəzalı vəziyyətdədirlər.
Belə ki, Goranboy sakinlərinin saytmıza verdiyi məlumata görə, Dəliməmmədli şəhər M.Zeynalov adına orta məktəb, Borsunlu kənd 1 nömrəli məktəb və Todan kənd məktəbinin də əsaslı təmirə ehtiyacı var. Bu məktəblər tezliklə təmir olunmazsa, Boluslu məktəbində baş verən hadisə burada da təkrarlana və daha ağır nəticələr baş verə bilər...