Goranboy rayonunun Balakürd kəndində bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası qeydə alınıb.
Eurasia Diary xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, qəzada minik avtomabili idarəetməni itirərək yolun kənarındakı diametri 219 mm olan orta təziqli qaz kəmərinə çırpılıb.
Qaz kəməri iki yerdən qırılıb və 3 yaşayış məntəqəsində mindən çox abonentin qaz təminatı dayandırılıb. Səhər saatlarından qazın verilişi üçün bərpa işləri aparılır.