“Fədakarlığınıza görə çox sağ olun!” - Mehriban Əliyevadan TƏBRİK | Eurasia Diary - ednews.net

16 Oktyabr, Çərşənbə


“Fədakarlığınıza görə çox sağ olun!” - Mehriban Əliyevadan TƏBRİK

Cəmiyyət A- A A+

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 sentyabr tarixi ilə bağlı neftçiləri peşə bayramı münasibətilə təbrik edib.

Eurasia Diary xəbər verir ki, təbrik mətni M.Əliyevanın "Instagram" səhifəsində paylaşılıb.

Həmin mətni təqdim edirik:

“İyirmi beş il əvvəl ölkəmizin iqtisadi müstəqilliyinin təməlini qoyan "Əsrin müqaviləsi" imzalanıb.

Azərbaycanda neftçi peşəsi hər zaman şərəfli və hörmətli peşələrdən biri sayılıb və sayılır. Əziz neftçilər, biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik. Qəhrəmanlığa bərabər əməyinizə, fədakarlığınıza görə çox sağ olun.

Sizi bu yubiley münasibətilə ürəkdən təbrik edirəm, sizə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram”.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...