Nazir müavini Xaçmazda vətəndaşları qəbul edib - FOTOLAR | Eurasia Diary - ednews.net

15 Oktyabr, Çərşənbə axşamı


Nazir müavini Xaçmazda vətəndaşları qəbul edib - FOTOLAR

Cəmiyyət A- A A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimov Xaçmazda vətəndaşları qəbul edib.

Eurasia Diary xəbər verir ki, A.Kərimov görüşdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya, müavinət və təqaüdlərin əhəmiyyətli şəkildə artırılması üçün atılan addımlar barədə məlumat verib. Nazir müavini  məşğulluq, sosial təminat, əmək, sahələrində xidmətlərin keyfiyyətinin artırılması, bu xidmətlərin şəffaflaşdırılması və operativ təşkili, vətəndaş məmnunluğuna nail olunması istiqamətində aparılan islahatları diqqətə çatdırıb.

Qəbul zamanı müraciətlərin bir qismi sorğu xarakterli olub və qanunvericiliyə uyğun izahatlar verilib. Bir neçə vətəndaşa müraciətlərinə uyğun olaraq vakant iş yerlərinə göndərişlər verilib. Ayrı-ayrı şəxslər peşə hazırlığına, özünüməşğulluq proqramına, reabilitasiya xidmətlərinə cəlb edilmələri, həmçinin reabilitasiya vasitələri ilə təmin edilmələri üçün qeydiyyatı aparılıb. Digər müraciətlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə yerindəcə araşdırılıb.

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...