Gəncədə şəhid olan polisin ailəsi Prezidentə müraciət edib

Cəmiyyət 17:21 20.09.2019

2018-ci ildə Gəncə iğtişaşları zamanı qətlə yetirilən polis zabiti Səməd Abbasovun həyat yoldaşı Leyli Abbasova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə açıq məktub ünvanlayıb.

Eurasia Diary-nin məlumatına görə, məktubda deyilir: "Hörmətli cənab Prezident!

Biz 2018-ci ildə Gəncə iğtişaşlarını törədən cinayətkarlar tərəfindən qətlə yetirilən polislərin ailələri adından Sizə müraciət edirik. Hadisələrin gedişatı, gördüklərimiz, müşahidə etdiklərimiz bizi dərdimizi söyləməyə məcbur etdi! Gəncə hadisələrinə görə baş verən məhkəmə prosesinə biz başından qatılmadıq. Düşündük ki, dövlət bu işdə ədalətli olacaq və məhkəmələr ictimai vicdanı rahatladan qərarlar qəbul edəcəklər. Biz bu günədək qanunlara, haqq-ədalətə söykənərək dərdimizi, acımızı çəkməkdə, səbrlə günahkarların layiqli cəzalarını almalarını gözləməkdəyik. Amma bu gün hadisələr elə dövr edir ki, artıq susa bilmirik! Şəhid polislərin ruhuna bir qrup şəxs tərəfindən hörmətsizlik edilməsinə dözə bilmirik!

Biz hər bir ananın fəryadını anlayır, onların dərdini başa düşürük, heç kimi də ittiham etmək istəmirik. Amma bu gün biz Gəncədə qanunları tapdalayan, iğtişaş törədən, qan tökülməsində təqsirli bilinərək həbs olunan şəxslərin analarının, bacılarının küçələrə çıxaraq onların həbsdən azad olunmasını tələb etdiklərini görürük. İndi biz sual edirik: doğrudanmı bir insanı, bir ailə başçısını və ən nəhayət, dövlətin keşiyində duran igidi amansızlıqla öldürmək bu qədər asandır və həqiqətənmi bu, günah sayılmır? Bu günahı, bu ağır cinayətin üstünü ört-basdır etmək bu qədərmi asandır?

Bu gün məhkəmə zallarında, küçələrdə hay-küylə nəyəsə nail olmaq istəyən, oğullarının, əzizlərinin həbsdən azad olunmasını tələb edən analara, bacılara üzümüzü tutaraq soruşmaq istəyirik: siz elə bilirsiniz öldürülən polislərin ailəsi, anası, bacısı yoxdu? Heç təsəvvür edirsiniz ki, qətlə yetirilən polislərin doğmaları cinayətkarların mühakiməsi uğrunda haqlarını tələb etsə, nələr olar? Və sizə üzümüzü tutaraq bildirmək istəyirik: iğtişaşları törədənlər özlərini Gəncə sakinləri elan edir, amma biləsiniz ki, əsl gəncəlilər heç bir zaman qanunları və insanlığı bu cür ayaqlar altına atmaz!

İndi biz bilmək istəyirik, bu polisləri doğulub boya-başa çatdıqları Gəncədə kimlər öldürdü? İstintaq və məhkəmə araşdırdımı ki, hadisənin baş verdiyi gün ətraf rayonlardan Gəncəyə gələnlərin məqsədi nə imiş? Ya da araşdırıldımı ki, polisləri amansızlıqla qətlə yetirən qatilin hadisə yerindən qaçırılmasına, gizlədilməsinə və himayə edilməsinə kimlər səbəb olub? Bütün mənalı ömürlərini asayişi qorumağa həsr edən bu iki yüksək rütbəli polis zabitini kimlər, kimlərin və hansı daxili, ya da xarici qüvvələrin təsiri və sifarişi ilə qətlə yetirdi? Kimlər onların dərhal yaralarının sarılmasına əngəl oldu? Kimlər yaralı polisləri vurdular, təpiklədilər - hamısı cəzalandırıldımı?

Cənab Prezident!

Bir dövlət başçısı kimi Sizə müraciət edərək ədalət naminə səsimizə səs verməyinizi, Gəncədə qətlə yetirilən polislərin qanının yerdə qalmasına aman verməməyinizi xahiş edirik!

Səməd Abbasov və İlqar Balakişiyev hər bir zaman asayişin, qanunların keşiyində durmuşlar. Ona görə də hər iki polis zabitinin qatillərinin də qanunlar çərçivəsində mühakiməsini tələb edirik. Gəncədə meydanda polislərə güzəşt edilmədi! Bu gün də bu cinayətdə əli olanlara heç bir kəsə güzəşt edilməməlidir!"

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı