Bakıya yeni avtobuslar gətirildi - FOTOLAR | Eurasia Diary - ednews.net

20 Oktyabr,


Bakıya yeni avtobuslar gətirildi - FOTOLAR

Cəmiyyət A- A A+

Bu gündən etibarən 39 nömrəli müntəzəm marşrut üzrə də sərnişinlərə müasir avtobuslarla xidmət göstəriləcək. 

Eurasia Diary-nin məlumatına görə, xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən “Kral Tranport” MMC tərəfindən 10 ədəd yeni sərnişin avtobusları gətirilib.

“İsuzu Citibus” markalı avtobuslar "Avro 5" standartlarına cavab verməklə yanaşı, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

Onu da qeyd edək ki, avtobus parkının yenilənməsi işləri çərçivəsində ölkə başçısının müvafiq sərəncamına əsasən, paytaxta 300 nəqliyyat vasitəsi gətiriləcək. Artıq avtobusların müəyyən hissəsi Bakı şəhərindədir. 

Gətirilən avtobusların 20 ədədi 18 metrlik olacaq.



 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...