Şamaxı rayonunda ticarət mərkəzində güclü yanğın hadisəsi baş verib.
Eurasia Diary "apa"ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 5:00 radələrində Şamaxı şəhərinin S.Ə.Şirvani küçəsində yerləşən, sahibkar, 1975-ci il təvəllüdlü Allahverdiyev Zaur Hüseyn oğluna məxsus ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli “Şamaxı” Ticarət Mərkəzində baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Şamaxı və Qobustan Dövlət Yanğından Mühafizə hissələrinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Ticarət obyektinin ikinci mərtəbəsində baş verən yanğın zamanı 200 kvadratmetrlik sahə, eləcə də oradakı müxtəlif ceşidli mallar yanaraq külə dönüb.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yaydın Nazirlikdən verilən məlumatda bildirilir ki, Şamaxı rayonunda ümumi sahəsi 400 m² olan ikimərtəbəli mağazanın 2-ci mərtəbəsinin yanar konstruksiyaları 200 m² sahədə və içərisində olan əşyalar yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.