Azərbaycanın Əməkdar artisti Aybəniz Haşımova Bakı Nəqliyyat Agentliyini (BNA) ittiham edib.
Eurasia Diary xəbər verir ki, əməkdar artist özünün feysbuk hesabında bildirib ki, BNA-nın əməkdaşları qanusuz olaraq onun avtomobilinə cərimə yazıb.
"Salam, sabahınız xeyr əzizlərim. Bu BNA-nın nömrəsini bilən varsa, mənə yazsın xahiş edirəm. Bunların əlindən zara gəlmişəm. Az qalır ki, evin qarajında da gəlib maşına cərimə yazsin. Bu nə biyabırçılıqdı? Girib həyətin içində də maşına cərimə yazarlarmı? Bunun adı nədir?!", - deyə Aybəniz Haşımova bildirib.