Ötən gün Bakıda 149 saylı xətt üzrə hərəkətdə olan avtobusun qəzaya düşməsi nəticəsində yaralanan şəxs ölüb.
Eurasia Diary "apa"ya istinadən xəbər verir ki, sentyabrın 23-də paytaxtın Qaradağ rayonu ərazisində 149 nömrəli müntəzəm marşrut xəttinin qəza etməsi nəticəsində yaralanan, 1934-cü il təvəllüdlü Rəsulov Nüsrət Sahibcan oğlu Kliniki Tibbi Mərkəzdə ölüb.