Müəllim geyimi ilə fərqlənən məktəbin direktoru: “Vahid formanı ilk dəfə 62 yaşlı həyat yoldaşım geydi”

Cəmiyyət 11:37 02.10.2019

“Gənc müəllim kadrlar vahid formaya daha həvəslidirlər. Bəzən yaşlı müəllim düşünür ki, onsuz da 1 ilim qalıb,c ona görə də formaya ehtiyac görmür. Amma bəzən əksi də olur. Məsələn, həyat yoldaşımın 62 yaşı var. Amma vahid formanı ilk dəfə geyən də elə o özü olub”.

Eurasia Diary xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında Şəki şəhər Oxud kənd orta məktəbinin direktoru Ülfət Abdullayev deyib. Onun rəhbərlik etdiyi məktəb son günlər müəllimlərin vahid formaya keçməsi ilə məşhurlaşıb. Onlar bu formada şagird qarşısına ilk dəfə elə Bilik günü çıxıblar.

“Müəllimlərin təklifə reaksiyası çox müsbət oldu”

Ülfət müəllimin sözlərinə görə, vahid formaya keçilməsi təşəbbüsü məktəbin pedaqoji şurasında müzakirə olunduqdan sonra  reallaşıb:

“Şəki Rayon Təhsil Şöbəsinin şurasında şagirdlərin tərbiyə sistemi üçün müəllimlərin vahid formaya keçməsi məqsədəuyğun hesab olundu. Deyilən tövsiyələri əsas tutaraq təklifi məktəbin pedaqoji iclasında müzakirəyə çıxardıq. Vahid formanın şagirdlərin özünütərbiyəsinə müsbət təsir edəcəyi vurğulandı. Müəllimlərin təklifə reaksiyası çox müsbət oldu. Hətta valideynlər də onu yaxşı qarşıladılar.

Bununla da yeni tədris ilindən müəllimlərin 90 %-i vahid formaya keçdi. Digərləri də qısa müddətdə vahid formanı geyəcəklər. Onları heç kim məcbur etməyib, ideya da özlərinindir”.

Vahid formanın üstünlüklərinə gəlincə isə direktor bunu maddi bərabərlikdə görüb:

“Müəllimlərin əksəriyyəti orta təbəqəyə mənsubdurlar. Varlı və ya kasıb insanların fərqlənməməsi baxımından vahid forma çox yaxşıdır.

Üstəlik, bəzən şagirdlər məktəbli formasından yayınırlar. Amma müəllimi vahid formada görən məktəbli bu qaydaya özü də əməl edəcək”.

“Kişi müəllimlər üçün də vahid kostyum hazırlamağı düşünürük”

Ülfət müəllim bildirib ki, formanın dizaynını müəllimlər özləri seçiblər. Kostyum 40, köynək isə  təxmini 15 – 20 manata başa gəlib:

“Müəllimlər məzuniyyətdə Şəki şəhərinə gəlib birgə parça da seçdilər. Formanın dizaynını da özləri axtarıb tapdılar. Pulunu da elə özləri verdi.

Qış üçün ayrıca forma nəzərdə tutulmayıb. Amma köynəyi qollu, qalın materialla əvəz etməyi də düşünürük.

Gənc kadrlar vahid formaya daha həvəslidirlər. Bəzən yaşlı müəllim düşünür ki, onsuz da 1 ilim qalıb, formaya ehtiyac görmür. Amma bəzən əksi də olur. Məsələn, həyat yoldaşımın 62 yaşı var. Amma vahid formanı ilk dəfə geyən də elə o özü olub.

Kişi müəllimlər üçün də vahid kostyum hazırlamağı düşünürük. Bu gün təklif etdilər ki, kişilərin qalstuku qadınlardakı lentlə eyni rəngdə olsun”.

Qeyd edək ki, Şəki şəhər mərkəzindən 15 kilometr aralıda yerləşən və bir əsrə yaxın yaşı olan Oxud kənd tam orta məktəbində 660 şagirdin təlim-tərbiyəsi ilə 79 müəllim məşğul olur.

Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO

Xəbər xətti

Oğurluqda ittiham olundu, özünü güllə ilə vurdu - Maraqlı faktlar
12:30 29.03.2024
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
Cənubi Koreyada uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək
12:20 29.03.2024
“Crocus”da xəsarət alanların sayı 382 nəfərə ÇATDI
12:18 29.03.2024
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – RƏSMİ AÇIQLAMA
12:15 29.03.2024
İndi dünya daha yavaş dönür
12:10 29.03.2024
“Pulu olmayan bələdiyyə necə fəaliyyət göstərsin?!” – Fazil Mustafa
12:05 29.03.2024
Aİ-nın Cənubi Qafqazda səfəri sülh prosesinə necə təsir edəcək? – Amerikalı Ekspert Açıqlayır – ÖZƏL
12:00 29.03.2024
Netanyahu Mossad rəhbərinin sülh təklifini RƏDD EDİB
11:55 29.03.2024
Şuşa şəhərində yeni məscidin təməli qoyulub
11:52 29.03.2024
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
Rusiya “Yars” raketi ilə təlimlərə çıxıb
11:50 29.03.2024
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
Lavrov Aİ-nın müşahidə missiyasını qınayıb
11:45 29.03.2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalarına riayət edilməməsinə görə cərimələr müəyyənləşir
11:42 29.03.2024
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir
11:40 29.03.2024
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
Sanksiyalar Rusiyaya mane olur, ödənişləri almaq üçün mübarizə aparır
11:38 29.03.2024
ABŞ yeni ittifaq yaradır... - ANALİTİKA
11:33 29.03.2024
Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı
11:28 29.03.2024
ABŞ və Aİ Ermənistanı niyə silahlandırır? – SƏBƏB VƏ MƏQSƏD
11:22 29.03.2024
Bakı-Sumqayıt şosesində yaranan sıxlığın SƏBƏBİ bilindi
11:17 29.03.2024
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
Rusiyalı səfir: ABŞ-la münasibətlər düzəlməyəcək
11:15 29.03.2024
Milli Məclisin iclası başlayıb
11:05 29.03.2024
Hikmət Hacıyev: "Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir" - VİDEO
11:00 29.03.2024
Amerikalı cütlüklər İsrail əleyhinə kampaniya BAŞLATDILAR
10:56 29.03.2024
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
Ermənistan hökuməti "RTR-Planeta" telekanalında yayımlanan Solovyovun verilişinə qadağa tətbiq edib
10:52 29.03.2024
Ankarada ZƏLZƏLƏ oldu
10:45 29.03.2024
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
Hamısı