Dekan Məleykə Abbaszadəyə cavab verdi: "Sovet English" tədris sistemi..."

Cəmiyyət 11:47 02.10.2019

Mən düşünmürəm ki, "Sovet English" tədris sistemi hələ də ölkəmizdə qalıb”.

Eurasia Diary xəbər verir ki, bu sözləri  Azərbaycan Dillər Universiteti Tərcümə fakültəsinin dekanı, dosent Bənövşə Məmmədova deyib. O bildirib ki, hazırda universitetdə yeni üsul və metodlardan, eləcə də beynəlxalq standartlara cavab verən tədris planından istifadə edilir:

“Hazırda yeni dərs vəsaitlərimiz var ki, onların hamısı standartlara cavab verir. Məsələn, tələbələr bizim fakültəyə 500-600-dən yüksək balla qəbul olunurlar, onları Sovet dərsliyi və ya metodikası ilə necə idarə etmək olar? Savadlı tələbəni heç vaxt susdurmaq mümkün deyil.

Ümumiyyətlə, Təhsil Nazirliyinin belə bir qərarı var ki, nəzəri fənnlər ana dilində keçirilsin. Bu tək ölkədə yox, bütün dünyada belədir. Beləliklə, tələbə nəzəri fənnlərdən başqa, yəni ixtisas seçimi fənnlərini əksər vaxtlarda dil daşıyıcılarından öyrənirlər.

Fakültəmizdə italyan, ingilis, alman dili və s. müəllimlərimiz var ki, onlar tələbələrə dərs keçirlər. Eləcə də sözügedən müəllimlər dərsdən əlavə danışıq klublarında (conservation) ödənişsiz olaraq tələbələrin dil bacarıqlarının daha da inkişafı üçün çalışırlar”.

B.Məmmədova qeyd edib ki, hazırda uşaqdan tutmuş böyüyə qədər hamı ingilis dilini öyrənməyə çalışır:

“Dillər Universitetinin də əsas ayaq sütunu ingilis dili müəllimliyi və tərcümə ixtisaslarıdır. Buna görə də tədrisdə daha çox innovativ üsullar tətbiq edilir ki, yaxşı, peşəkar müəllimlər, tərcüməçilər hazırlansın. Bundan başqa, əslində tələbənin dil daşıyıcısı ilə birlikdə çox vaxt keçirməsi müsbət haldır, ancaq hamının xaricdə təhsil almasına imkan olmur. Biz üzərimizə düşən hər şeyi edirik, tələbə bunlara qarşılıq verirsə, nəticədə yaxşı mütəxəssislər yetişir.

Hazırda ölkədə fəaliyyət göstərən bir çox qurumlarda, səfirliklərdə bizim tələbələrimiz çalışır. Bunlar ki, xaricdə təhsil almayıblar. Məsələn, ABŞ səfirliyinin tərcüməçisi Xaqani Əliyev bizim tələbəmizdir. Hal-hazırda Fransada yaşayan və Fransa prezidenti və hökumətinin akreditasiyalı tərcüməçisi, Sinxron Tərcüməçilərin Beynəlxalq Assosiasiyasının ilk azərbaycanlı üzvü Elvin Abbasbəyli bizim tələbəmiz olub. Bundan başqa “Paris Azərbaycan Evi”nin prezidenti Mirvari Fətəliyeva da bizim məzunumuzdur. Bu siyahını yenə də artırmaq olar”.

Dekan əlavə edib ki, bu il də yüksək bal toplayan tələbələr ingilis dili müəllimliyi və ya tərcümə ixtisaslarını seçiblər:

“Fakültələr aktuallığını yenə də qoruyub saxlayır. Bu il universitet üzrə ən yüksək bal tərcümə fakültəsindən koreya ixtisası üzrədir ki, hazırda tələbəmiz prezident təqaüdü alır. Ümumilikdə, bu il yüksək göstəricilər çox oldu. Hətta müəllimlik ixtisaslarına da 600 baldan yüksək toplayanlar ötən illərdən də daha çox müraciət ediblər.

Bəzən eşidirik ki, bəzi tələbələr dərslərin keçirilməsindən narazılıqlarını bildirirlər. Amma bu həqiqətdir ki, 4 il eyni qrupda təhsil alan tələbələrin arasında müvəffəqiyyət göstəricisi yüksək olanlar əksəriyyət təşkil edir ki, onlar oxuya-oxuya iş belə tapırlar. Bildirim ki, hazırda bir çox yerlərdə bizim tələbələrimiz işləyirlər və bununla yanaşı da göstəriciləri yüksəkdir”.

Xatırladaq ki, bir neçə gün əvvəl Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Kolumbiya Universitetinin müəllimi, professor Amra Sabic-El-Rayessin Azərbaycanın ingilis dili müəllimlərinin dörddə bir hissəsinin ali təhsilinin olmaması, ali təhsili olan müəllimlərin belə dərs dedikləri fənn üzrə çox az kompetensiyalara malik olması ilə bağlı fikirlərinə münasibət bildirib.

M.Abbaszadə qeyd edib ki, hansısa dili öyrənmək üçün o dilin mühitində yaşamaq, o dildə olan ədəbiyyatları mütəmadi oxumaq, televiziyada həmin dildə olan verilişlərə baxmaq, o dili eşidib, həmin dildə danışmaq lazımdır. Amma sovet təhsil sistemində belə şərait olmayıb:

"Sovet dövründə bizim müəllimlər ali təhsil alan zaman onların bu cür kompetensiyalar əldə etmək imkanı olmayıb. Bəlkə də onların hansısa kompetensiyaları var, onlar dilin qrammatikasını bilirlər və belə təsəvvür edirlər ki, dili də bilirlər. Ancaq onların real kompetensiyaları beynəlxalq imtahanlarla yoxlanıldıqda bacarıqlarının kifayət qədər olmadığı müəyyən olunur. Bu da tələb edir ki, müəllimlər ilk növbədə təlimə cəlb edilməlidirlər. Bu çox vacibdir. Buna görə utanmaq lazım deyil. Bu, təkcə bizim ölkədə deyil. Bizə sovet təhsil sistemindən çox şey, o cümlədən "Sovet English" tədris sistemi qalıb". (Lent.az)

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
Hamısı