Qənirə Paşayevanın kitabının Özbəkistan təqdimatı

Cəmiyyət 13:13 02.10.2019

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Özbəkistan Yazıçılar İttifaqı və “Kitob dunyasi” qəzetinin birgə layihəsi ilə millət vəkili Qənirə Paşayevanın Daşkənddə özbək dilində çap olunan “Aç eşiyi” adlı kitabının təqdimatını keçirib.

Eurasia Diary xəbər verir ki, tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, tanınmış şair və yazıçılar, paytaxtda yaşayan diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər.

İlk öncə Azərbaycan nümayəndə heyətini Özbəkistan Yazıçılar İttifaqının sədri, xalq yazıçısı Siracəddin Səid qəbul edərək, qonaqları salamlayaraq qədim dövrlərdən ikitərəfli əməkdaşlıq, Özbəkistan və Azərbaycan yazıçı və şairlərinin dostluğu haqqında danışıb, ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib.

Millət vəkili Qənirə Paşayeva Özbəkistanla münasibətlərin inkişafının daim diqqət mərkəzində olduğunu, dövlət başçılarımızın uğurlu siyasəti nəticəsində ölkələrimiz arasında sıx əməkdaşlıq və qardaşlıq mühiti olduğunu qeyd edib.

Millət vəkili Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin apardığı işlər nəticəsində Azərbaycanın tanınmış şair və yazıçılarının əsərlərini özbək dilinə tərcümə edildiyini və əlaqələrin yüksələn xətlə inkişaf etdiyindən razı olduğunu qeyd edib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ikitərəfli ədəbi əlaqələr, bu istiqamətdə əməkdaşlıq haqqında danışaraq, tarixən mövcud olmuş ənənənin davamı olaraq, birgə böyük konfransların, kitab təqdimatlarının, poeziya gecələrinin təşkilinin vacib olduğunu vurğulayıb. 

Diplomat tərcümə layihələrini uğurla həyata keçirmək məqsədi ilə Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə hər iki ölkənin dilçi alimlərinin iştirakı ilə “Azərbaycanca-Özbəkcə, Özbəkcə - Azərbaycanca lüğəti”nin nəşr olunduğunu və son illər tərəflər arasında ədəbi əlaqələrdə böyük canlanma olduğunu vurğulayıb. 

Qeyd edək ki, Özbəkistan Yazıçılar ittifaqında keçirilən təqdimat mərasimi çərçivəsində millət vəkili, şairə Qənirə Paşayevanın “Aç eşiyi” adlı kitabının və digər nəşrlərinin sərgisi iştirakçılara təqdim olunub.

Yazıçılar ittifaqının böyük zalında baş tutan təqdimat mərasimini Özbəkistan Yazıçılar ittifaqı sədrinin müavini Fayrat Majid açaraq Qənirə Paşayevanı Azərbaycan Milli Məclisinin deputatı, tanınmış ictimai-siyasi xadim kimi təhlil edib, onun yaradıcılıq fəaliyyəti haqqında danışıb.

Alim və tərcüməçi Babaxan Şərif Qənirə Paşayevanı özbək dilində kitabının çıxması münasibəti ilə təbrik edib, onun yaradıcılığı haqqında söhbət açıb.

Natiq vurğulayıb ki, Qənirə Paşayevanın şeirlərində Vətən, Ana mövzusu əsas yer tutur. Millət vəkili kimi fəaliyyət göstərməsi ilə yanaşı, Qənirə Paşayeva vaxt tapıb ədəbi yaradıcılıqla məşğul olur, şeirlər, məqalələr də yazaraq çoxlu kitabları nəşr ı çap olunub. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov günü-gündən inkişaf edən Azərbaycan-Özbəkistan əməkdaşlığı, ikitərəfli mədəni-ədəbi əlaqələr, bu istiqamətdə Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələr, qarşılıqlı səfərlər haqqında danışaraq, qardaş ölkədə Azərbaycan klassiklərinin əsərlərinin Özbək dilinə tərcümə edildiyini və Daşkənddə çap olunduğunu qeyd edib.

Diplomat millət vəkili, şairə Qənirə Paşayevanın Özbəkistana səfərini yüksək qiymətləndirərək bu cür səfərlərin, layihələrin ikitərəfli əməkdaşlıq üçün faydalı olduğunu qeyd edib.

Qənirə Paşayeva kitabı özbək oxucularına çatdırdığına görə Özbəkistanın “Kitab dünyası” qəzetinə və bu ölkədəki Azərbaycan Mədəniyyət Mərkəzinə öz minnətdarlığını bildirib. O ta qədimdən Özbəkistanda Azərbaycanın şair və yazıçılarının sevildiyini, Azərbaycanda da özbək şair və yazıçılarının çox maraqla qarşılandığını vurğulayıb.

Qənirə Paşayeva Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Xəmsə”nin ilk dəfə olaraq özbək dilinə çevrilməsinin tarixi hadisə olduğunu və bu işdə tərcüməçi Camal Kamala öz təşəkkürünü bildirib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan - Özbəkistan ədəbi-mədəni əlaqələrin tarixi köklərindən, bu günə qədər gələn yol, bu istiqamətdə böyük işlər görmüş böyük şəxsiyyətlərimiz barədə geniş danışıb. Bu əlaqələri, əməkdaşlığı daha da genişləndiməliyik deyib və bu istiqamətdə təkliflərlə çıxış edib. Azərbaycan, onun tarixi, mədəniyyəti, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən böyük işlər, Azərbaycan-Özbəkistan əlaqələrinin qədim tarixi, ölkəmizin iqtisadi və turizm potensialı, işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalimz aktları, Qarabağ ağrısı, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı geniş məlumatlar verən millət vəkili Q.Paşayeva qardaş Özbəkistanın Qarabağ münaqişəsinin həllində bundan sonra da Azərbaycanın yanında olacağına inandığını deyib.

Qarabağ həqiqətlərini özündə əks etdirən "Qarabağ hekayələri" kitabının yaxın zamanlarda Özbəkistan oxucularına təqdim olunacağını deyən millət vəkili Q.Paşayeva məqsəd qardaş Özbəkistan gəncliyinin daha geniş məlumatlar əldə olunmasına nail olmaqdır deyib. O, yaradıcılığında Azərbaycana geniş yer ayıran Özbəkistanın şair, yazar, aydınlarına təşəkkürünü bildirib.  

Q.Paşayeva qarşılıqlı dəstəyimizin, birliyimizin güclənməsi üçün daha da böyük işlərin görüləcəyinə inandığını deyib.

Millət vəkili Q.Paşayeva bildirib ki,  Özbəkistan prezidenti Şevket Mirziyoyevin sərəncamı ilə Özbəkistan Türk Şurasına üzv oldu. Bu, çox önəmli bir hadisədir və bütün Türk dünyasını çox sevindirən bir addım oldu. İnşallah Türk dövlətlərinin birliyi və bərabərliyi daha da güclənəcək. ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, qardaş Özbəkistanla əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi istiqamətində daha böyük layihələrin həyata keçirilməsindən danışıb. Milli Məclisin deputatı ədəbi-mədəni əlaqələrimizin inkişafına xidmət edən daha çox tədbirlərin həm Özbəkistanda, həm də Azərbaycanda keçirilməsinin vacib olduğunu vurğulayib. Azərbaycan qardaş Özbəkistanla əlaqələrin və əməkdaşlığın inkişafına böyük önəm verir və bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır, Özbəkistanda Azərbaycanın, Azərbaycanda Özbəkistanın daha geniş tanıdılmasına, təbliğinə böyük ehtiyac var deyən millət vəkili Q.Paşayeva iki qardaş ölkənin aydınları,alimləri, elm, mədəniyyət xadimləri, QHT and KİV qurumları  arasında ortaq layihələrin həyata keçirilməsinin artmasının vacibliyini qeyd edib, bu istiqamətdə fəaliyyəti daha da artırmaq lazımdır, cünki bu bizim gələcəyimiz üçün çox lazımdır deyib. Türk dövlət və toplumları arasında birliyin güclənməsinin bütün Türk dövlətləri üçün vacib olduğunu xüsusi vurğulayan millət vəkili Q.Paşayeva bu birliyin güclənməsində şair, yazar, aydınların, jurnalistlərin üzərinə düşən vəzifələrlə bağlı geniş fikirlərini də bildirib

Özbəkistanın Xalq şairi Camal Kamal böyük Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimini çox sevdiyini, Şeyx Nizaminin “Xəmsə”sini artıq özbək dlinə çevirdiyini diqqətə çatdırıb. Deyilib ki, poemaların dördü artıq çap edilib, biri də çap ərəfəsindədir.

Natiq bildirib ki, "Qənirə xanım siz mənim 80 illik yubileyimi Bakıda qeyd edəndə dediniz ki, sizin gələn yubileyinizi işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda  da edəcəyik inşallah. Mən o günü səbrsizliklə gözləyirəm. Qarabağ sizin qədər, bizim də ağrımızdır."

"Ustad Camal Kamala demək istəyirəm ki, inşallah sizin gələn yubileylərinizi işğaldan azad edəcəyimizi gözəl Dağlıq Qarabağımızda qeyd edə biləcəyimizə inanırıq. Bunun üçün qardaş dövlət və toplumlar olaraq birliyimizi daha da artırmaqlıyıq", deyə Millət vəkili Q.Paşayeva qeyd edib.

Dosent Adxambek Alimbekov, şairlər Qoşqor Norkobil, Tura Mirzə, Xasiyyət Rüstəm, tərcüməçi Şermurat Subxan və başqaları Qənirə Paşayevanın şeirlərinin qısa zamanda Özbəkistanda sevildiyini, hətta şeirlərinə mahnı bəstələndiyini diqqətə çatdırıblar.

Daha sonra tədbirdə Özbək tələbələr Şaxnoza Xuşiyeva, Dilşod Laziz millət vəkili Qənirə Paşayevanın şeirlərini səsləndirib, onun şeirinə yazılmş mahnılar ifa ediblər.Özbəkistanın “Kitob dunyasi” qəzetinin Baş redaktoru, şair Xasiyyət Rüstəm Azərbaycanla ədəbi əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə rəhbərlik etdiyi qəzetin hər sayında Azərbaycan ədəbiyyatına geniş yer ayırdığını və bununla da iki ölkə arasında dostluğa, ədəbi əlaqələrə töhvə verdiklərini bildirib. Naşir millət vəkili Qənirə Paşayevanın kitabının  Özbəkistanda özbək türkcəsində çap etməkdən və bir çox vilayətlərdə təqdimat və görüşləri təşkil etməkdən məmnuniyyət duyduğunu deyib və bu cür layihələrin iki qardaş ölkə arasında əməkdaşlığın inkişafına müsbət töhfələr verdiyini vurğulayaraq onların sayını daha da artıracayıq deyib. Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin rəhbəri Sərbaz Hüseynoğlu, Bakıdakı “Hədəf” liseyinin direktoru Şamil Əliyev ədəbiyyat və mədəniyyət xadimlərinin, şair və yazıçılar arasında əməkdaşlığın genişləndirməsi, əməkdaşlığın inkişafına dair fikirlərini bölüşüblər. Qeyd edək ki, tədbirdə Azərbaycan ədəbiyyatına dair, habelə Qənirə Paşayevanın Özbək dilinə tərcümə olunmuş kitabının sərgisi nümayiş etdirilmiş, kitabı təqdimatı keçirilmiş və Q.Paşayevanın  sözlərinə özbək bəstəkarlarının bəstələdiyi mahnılar səsləndirilib. Tədbirdən sonra millət vəkili Q.Paşayeva Namanqanın fəal qadınları, elm və ədəbiyyat xadimləri, gəncləri ilə də görüşüb, maraqlı fikir mübadiləsi aparılıb. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayevanın rəhbərlik etdiyi heyət Namanqanın tarixi, mədəni abidələrini, bir sıra önəmli elm, təhsil , ədəbiyyat mərkəzlərini də ziyarət edib.

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

“X”-in işində NASAZLIQ YARANIB
06:00 24.04.2024
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
05:00 24.04.2024
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
03:49 24.04.2024
Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
Hamısı