Metro sərnişinlərinə VACİB MƏLUMAT | Eurasia Diary - ednews.net

18 Oktyabr, Cümə


Metro sərnişinlərinə VACİB MƏLUMAT

Cəmiyyət A- A A+

Bakı metrosunda yeni gətirilən qatarlarda kondisioner sisteminin işləməməsi sərnişinləri narahat edir.

Eurasia Diary-nin məlumatına görə, bu barədə "BAKU.WS"in “qaynar xətti”nə çoxsaylı oxucular şikayət ediblər. Bildirilir ki, yeni qatarlarda kondisioner söndürülür və vaqonların nəfəslik açılır. Lakin bu hal problemi tam həll etmir.

Məsələ ilə əlaqədar “Bakı Metropoliten” ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib ki, qatarlarda kondisionerlər işləyir.

“Pəncərələri sərnişinlər özləri açır. Bu sistemlər avtomotik idarə olunur. Lakin hansısa sərnişin istidir, özünü pis hiss edir və kondisionerin daha sərin sistemdə işləməsini istəyir.

Bu zaman vaqonda xüsusi düymə var. Həmin düyməni basır, maşinistlər əlaqə saxlayır və problemi bildirir.

Maşinist də, sərnişin istəyinə uyğun kondisioneri idarə edir”, - deyə Bəxtiyar Məmmədov bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...