Donbasda münaqişə həll olundu - Ukrayna zəfər çaldı? | Eurasia Diary - ednews.net

9 Dekabr, Bazar ertəsi


Donbasda münaqişə həll olundu - Ukrayna zəfər çaldı?

Cəmiyyət A- A A+

Donbas (Ukrayna) münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupu işğal bölgəsinə xüsusi statusunun verilməsini nəzərdə tutan “Ştaynmayer formulu”nu imzalayıb.

Eurasia Diary xəbər verir ki, Belarusun paytaxtında baş tutan görüşdən sonra Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama yayıb.

“Bölgədəki hərbi birləşmələrin çıxarılması barədə anlaşdıq, hər kəsi təbrik edirəm. Petrovskoye və Zolotoyedəki hərbi birləşmələrin geri çəkilməsi məsələsinin də nəticə verəcəyinə inanırıq”, - Zelenski bildirib.

Prezident Ali Rada tərəfindən hazırlanan yeni qanun layihəsinin Ukrayna Konstitusiyasına uyğun olaraq, Donbasdakı seçkilərdən sonra qüvvəyə minəcəyini vurğulayıb.

Qondarma Donetsk və Luqansk respublikalarının separatçı rejimləri isə Minsk görüşündən sonra açıqlama yayaraq, rəsmi Kiyevin bölgələrin öz müqəddaratını təyin etmək hüququnu tanıdığını bildirib.

Hər iki tərəf Minsk prosesində iştirak edəcəklərini açıqlayıb. 

Qeyd edək ki, bu qərar Ukrayna ictimaiyyətində ciddi rezonans doğurub. Poroşenko və Timaşenko kimi məşhur ukraynalı liderlər xalqı bu qərara qarşı etiraz aksiyalarına qoşulmağa çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...