11 gündür itkin düşən tələbə tapıldı | Eurasia Diary - ednews.net

18 Oktyabr, Cümə


11 gündür itkin düşən tələbə tapıldı

Cəmiyyət A- A A+
11 gündür itkin düşən Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi Əsədulla Cəfərov tapılıb.
 
Eurasia Diary xəbər verir ki, bu barədə oxu.az-a tələbənin atası Əfqan Cəfərov məlumat verib.
 
Onun sözlərinə polislər oğlunun yerini müəyyənləşdirib:
 
“Hər şey yaxşıdır. Oğlum sağ-salamatdır. Polislər artıq yerini müəyyənləşdirib. Sabah polislər həmin yerə gedib oğlumu götürəcək”.
 
Qeyd edək ki, Əsədulla Cəfərovun evi tərk etməsinə bu il təhsil haqqını ödəyə bilməməsi və kəsirinin olması səbəb olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...