Bakı-Sumqayıt sürət qatarı niyə tez-tez yolda qalır? Rəsmi açıqlama

Cəmiyyət 09:57 03.10.2019

Son günlər Bakı-Sumqayıt sürət qatarının hərəkətində tez-tez problemlər yaranır.

Eurasia Diary-nin verdiyi xəbərə görə, bu barədə çoxsaylı vətəndaşlar baku.ws-in "qaynar xətti"nə şikayətlərində bildirirlər. Vurğulanır ki, yeni tədris ili başlayandan bəri qatarda sərnişin sıxlığı yaşanır.

Qatarların arasındakı interval çox olduğu üçün vaqonlarda basabas yaşanır.

Bundan başqa, vurğulanır ki, Bakı-Sumqayıt qatarı qrafikə uyğun hərəkət etmir. Çox vaxt gecikir, qatar bəzən yolda qalır.

Belə problemlərdən biri də sentyabrın 30-da saat 18:20-də Bakıdan Sumqayıt istiqamətinə hərəkət edən qatarda baş verib.

Qatar Biləcəri stansiyası yaxınlığında dayanıb. Heç bir açıqlama verilməyib və qatar 10 dəqiqə yolda qalıb. Həmin vaxt vaqonlarda basabas olduğu üçün sərnişinlər narahat olublar.

Məsələ ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Natavan Bayramova bildirdi ki, sentyabrın 30-da qatarın yolda qalma səbəbi texniki nasazlıq olub.

"Sentyabrın 30-da saat 18:20 radələrində Bakıdan Sumqayıta gedən qatar Biləcəri stansiyasında 10 dəqiqə ləngiyib. Buna texniki problem səbəb olub.

Belə ki, Biləcəri stansiyasında tablo söndüyündən, qatar stansiyanın giriş siqnalında 10 dəqiqə dayanıb. Amma texniki problem operativ şəkildə aradan qaldırılaraq, qatarın hərəkəti bərpa olunub.

Bununla əlaqədar sərnişinlərin mənzil başına çatdırılmasında ciddi problem yaranmayıb", - deyə Natavan Bayramova bildirib.

Ümumiyyətlə Bakı-Sumqayıt qatarının hərəkətində son günlər tez-tez problemlər yaranır.

"Niyə bu problemlərə birdəfəlik son qoymaq mümkün olmur?", - sualına qurum rəsmisi belə cavab verib:

"Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlində bəzən gecikmə qeydə alınır. Belə kiçik texniki problemlər dünyanın hər bir ölkəsində yaşanır.

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarına gəlincə, statistik rəqəmlər göstərir ki, belə gecikmələr ümumi rəqəmin cüzi hissəsini təşkil edir.Məsələn, bu ilin 6 ayı ərzində Bakı-Sumqayıt- Bakı istiqamətində 2610 qatar hərəkətdə olub.

Bunlardan 99,2 faizi qrafikə uyğun olaraq mənzil başına vaxtında çatıb. 2610 qatardan cəmi 123-ündə cox cüzi gecikmə faktı qeydə alınıb".

Bakı-Sumqayıt qatarının hərəkət intervalı nisbətən çoxdur. Bu da sərnişin sıxlığına səbəb olub. Qatarlar arasında intervalın azaldılması planda varmı?

Natavan Bayramova deyir ki, hazırda bu istiqamətdə müəyyən işlər görülür:

"Daim vaqon parkının yenilənməsi, sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılması istiqamətində iş aparır.

Qatarlar arasında intervalların azaldılması üçün əlavə qatarların alınması gündəmdədir.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə elektrik qatarları fəaliyyətə başlayanda gün ərzində 6 cüt qatar hərəkətdə idi.

Hazırda isə 15 cüt qatar fəaliyyətdədir. Noyabr ayında iki qatarın gətirilməsi gözlənilir. Bu halda pik saatlarda intervalların azaldılması nəzərdə tutulur".

Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI

Xəbər xətti

Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
İlham Əliyev: “Çinlə əməkdaşlıq genişlənir”
15:51 23.04.2024
Prezident: “COP29-a sədrliyimizə ölkəni təqdim etmək fürsəti kimi baxırıq”
15:48 23.04.2024
Hikmət Hacıyev Prezidentin Rusiya səfərindən DANIŞDI
15:40 23.04.2024
Ceyhun Bayramov erməni həmkarı ilə Qazaxıstanda görüşəcək?
15:30 23.04.2024
Gözlənilən sülh sazişi bu il imzalanacaq? - Endryu Koribko ilə ÖZƏL MÜSAHİBƏ
15:24 23.04.2024
İlham Əliyev: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”
15:18 23.04.2024
ATƏT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşdü
15:09 23.04.2024
İlham Əliyev: “Bizim dünyaya söyləyəcəyimiz məsələlər çoxdur”
14:57 23.04.2024
Prezident: "Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərdi"
14:52 23.04.2024
Putinin andiçmə mərasiminin tarixi AÇIQLANDI
14:51 23.04.2024
İlham Əliyev: “Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var”
14:49 23.04.2024
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
Rusiya: ABŞ-ın Ukraynaya dəstəyi fiasko ilə nəticələnə bilər
14:48 23.04.2024
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
Siyavuş Novruzov Əli Kərimlini "tiktoker" adlandırdı - VİDEO
14:44 23.04.2024
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
14:35 23.04.2024
Sergey Stankeviç: “Tezliklə Cənubi Qafqaz tarixində yeni...” – MÜSAHİBƏ
14:30 23.04.2024
COP29-a görə vergi güzəştləri OLACAQ
14:27 23.04.2024
Prezident ADA Universitetində beynəlxalq forumda iştirak edir - CANLI
14:21 23.04.2024
Boşanmaq istəyənlər 15 dollar ÖDƏYƏCƏK – Azərbaycanda yeni qanun
14:11 23.04.2024
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu
14:07 23.04.2024
Azərbaycanda elektron siqaretlər qadağan oluna BİLƏR
13:59 23.04.2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
13:55 23.04.2024
Azər Həsrət Fetisov Jurnalistika Mükafatlarının təqdimatına qatılıb
13:50 23.04.2024
Ermənilər etnik azərbaycanlıların geri qayıtmaması üçün mina tələləri qurublar - Azərbaycan nümayəndəsi
13:46 23.04.2024
Parlamentdə Azərbaycanda vətəndaş nikahının artması barədə məsələ qaldırılıb, sədr bunu qanunsuz adlandırıb
13:40 23.04.2024
XİN müavini Haaqada ermənilərin faşist idealogiyasını üzə ÇIXARIB
13:31 23.04.2024
"Ermənistan işğal etdiyi əraziləri viran qoyub" - Elnur Məmmədov
13:20 23.04.2024
Hamısı