Bəzi mətbuat səhifələrində Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun müvəqqəti vəzifəsinin icrasını dayandırması barədə xəbərlər yayılıb.
Eurasia Diary xəbər verir ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlama yayıb. Açıqlamada deyilir:
“Hörmətli həmkarlar, elmi araşdırma ilə bağlı ABŞ-ın Çorc Vaşinqton universitetində tədqiqat məzuniyyətindəyəm. Yeni ilin ilk ayında Təhsil Nazirliyində fəaliyyətimi davam etdirəcəyəm”
Xatırladaq ki, mətbuat səhifələrində Cəsarət Valehovun təhsil alması ilə bağlı Amerika Birləşmiş Ştatlarına köçdüyü və mətbuat katibi kimi fəaliyyətini bir müddətlik dayandırdığı barədə xəbərlər yayılıb.