Azərbaycanda bu insanların gecə 11-dən sonra çölə çıxması qadağandır RƏSMİ

Cəmiyyət 12:09 06.10.2019
Bu günlərdə məlum oldu ki, Bakıda üzərində probasiya xidmətinin elektron nəzarət qolbağını daşıyan şəxsoğurluq edirmiş. Söhbət bir müddət əvvəl Səbail rayonunda Səbinə Atakişiyeva, Ceyhun Cəbiyev və Kənan Nəcəfovun törətdiyi oğurluq əməlindən gedir. Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvü olan K.Nəcəfov əvvəllər də cinayət törətdiyinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə şərti məhkum edilib. Hazırda probasiya nəzarətində cəzasını çəkir. Ayağında probasiya xidmətinin bilərziyini daşıyan K.Nəcəfov buna baxmayaraq yenidən oğurluq edib.
 
Belə məlum olur ki, probasiya xidmətinin elektron nəzarət qolbağı da məhkumu cinayətdən daşındırmır. Belə isə bu qolbağın əhəmiyyəti nədir? Ümumiyyətlə, probasiya xidmətinin elektron bilərziyi hansı məhdudiyyətləri qoyur? 
 
Eurasia Diary bildirir ki, Lent.az-ın bu suallarına Ədliyyə Nazirliyinin Probasiya Xidmətindən cavablandırdılar:
 
"Probasiya xidmətinin elektron nəzarət bilərziyini məhkəmənin qanuni hökmü ilə şərti azadlığa buraxılanlar ayağında daşıyır. Həmin şəxslər probasiya nəzarətində cəzasını çəkir. Məhkəmənin qərarına əsasən, həmin şəxslərə müəyyən olunmuş qadağalar qoyulur. Bu nəzarət əsasən iki istiqamətdə aparılır. Birincisi, hökm oxunan şəxs təyin olunmuş şəhər, rayon və.s ərazidən kənara çıxmamalıdır. İkincisi isə gecə saaat 23:00-dan səhər saat 07:00-dək evdən bayıra çıxa bilməz. Günün digər hissəsini yəni, səhər saat 07:00-dən axşam saat 23:00-dək işə və ya digər istədiyi yerə getməkdə sərbəstdir. Ancaq müəyyən olunmuş ərazini tərk etdikdə və ya axşam saat 23:00-dan sonra evi tərk etsə dərhal siqnal vasitəsilə bizə məlumat gəlir. Səbail rayonunda törədilən oğurluq hadisəsi də axşam saat 19 radələrində baş verdiyi üçün hər hansı bilgi gəlməyib. Bir sözlə, probasiya xidmətinin elektron nəzarət bilərziyi cinayətin qarşısını almır. Sadəcə şəxsin hərəkətlərinə müəyyən qadağalar tətbiq edir".
 
Probasiya Xidməti elektron nəzarət bilərziyi daşıyan şəxsin təkrar cinayət törətdiyi təqdirdə çəkəcəyi cəza barədə də məlumat verib:
 
"Əgər ayağında elektron qolbaq daşıyan şəxs təkrar cinayət törədərsə, onun cəzası məhkəmənin qərarından asılı olaraq dəyişəcək. Ola bilər ki, məhkəmə həmin şəxsə yenidən eyni qaydada cəza təyin etsin. Bu zaman məsələn, şəxsə təkrar cinayətə görə 2 il cəza hökmü oxunubsa, əvvəlki cinayətdən də qalan tutaq ki, 1 il yarım onun üzərinə gələcək və beləliklə şəxsin cəzası 3 il yarım olacaq. Demək ki, həmin şəxs 3 il yarım daha probasiya xidmətinin elektron nəzarət bilərziyini daşımalı olacaq. Əgər məhkəmə həmin 2 il müddəti cəzaçəkmə müəssisəsində çəkmək qərarı versə, onun elektron nəzarətdə qalan növbəti müddətinin hər 2 günü bir gün hesablanaraq yeni cəza ilə birləşəcək. Məsələn, elektron bilərziklə 1 il cəza vaxtı qalıbsa həbsxanada bu 6 ay hesablanır və yeni hökmlə birləşərək 2 il yarım cəza çəkəcək".
 
Xatırladaq ki, Ədliyyə Nazirliyi Probasiya Xidməti Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" imzaladığı sərəncam əsasında yaradılıb. Probasiyanın latıncadan tərcüməsi sınaq deməkdir. Hüquq nəzəriyyəsində bu anlayış şəxsin müəyyən şərtlərə riayət etməsi müqabilində cəzadan azad edilməsi mənasında istifadə edilir. Probasiya institutu əksər qərb ölkələrinin İsveç, ABŞ, Finlandiya, Latviya, Böyük Britaniya, Danimarka, Estoniya və digər ölkələrin cinayət mühakimə sistemlərinin mühüm tərkib hissəsidir.
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Hamısı