Oktyabrın 7-də hava şəraitinin pisləşməsi ilə əlaqədar SOCAR təhlükəsizlik tədbirlərini maksimum gücləndirib, dənizdə işləyən 150 neftçi iş yerlərindən təxliyə olunub, zəruri sahələrdə növbətçilik təşkil edilib, vəziyyət nəzarətdə saxlanılır.
Bu barədə Eurasia Diary-ə SOCAR-dan məlumat verilib.
O da bildirilib ki, bu halın hasilat prosesinə heç bir təsiri yoxdur. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və FHN-in yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir.