Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat partiyasının oktyabrın 12-də qurultay keçirilməsinə yer ayrılması üçün müraciətini cavablandırıb.
Eurasia Diary-nin məlumatına görə, BŞİH-in cavabında qurultayın oktyabrın 12-də Bakının Binəqədi rayonunda yerləşən “Büllur” şadlıq sarayında (keçmiş “İnqilab” kinoteatrı) keçirilməsi məqsədəuyğun hesab edilib.
Qeyd edək ki, Müsavat partiyasının başqanı vəzifəsinə hazırkı başqan Arif Hacılı, partiya Divanının üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlı namizədliklərini irəli sürüblər.