Nazirin əmri Naxçıvan qeydiyyatında olanlara aid deyil - YENİLƏNİB | Eurasia Diary - ednews.net

21 Oktyabr, Bazar ertəsi


Nazirin əmri Naxçıvan qeydiyyatında olanlara aid deyil - YENİLƏNİB

Cəmiyyət A- A A+

Bir neçə gün əvvəl Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması ilə bağlı əlavə tədbirlər barədə əmr imzalayıb.

Əmrə əsasən noyabr ayının 1-dən ərazi polis orqanlarının və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək.

Bu məsələ sosial şəbəkələrdə geniş müzakirə olunur. Belə ki, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olanlar digər regionlarda şəxsiyyət vəsiqəsi ala bilməyəcəklərini düşünürlər. Bəs görəsən bu həqiqətən də belədirmi?

Eurasia Diary xəbər verir ki, Modern.az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi ilə əlaqə saxlayıb.

Baş idarədən verilən məlumata görə, texniki imkanlar baxımından Naxçıvan Muxtar Respublikası istisna olmaqla noyabr ayının 1-dən ərazi polis orqanlarının və “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...