"Yerevan Romadan daha qədimdir" Ermənilərdən 29 il sərsəmliyi

Cəmiyyət 14:48 09.10.2019

Ermənilər tarixi gülünc şəkildə saxtalaşdırmaqda davam edirlər.

Eurasia Diary erməni mətbuatına istinadən xəbər verir ki, son illər Ermənistan təbliğat maşını paytaxt Yerevanın Romadan da yaşlı olduğunu iddia etməyə başlayıb. İddialara görə,  Romanın əsası e.ə. 753-cü ildə qoyulmuşdusa, Yerevan şəhər kimi e.ə. 782-ci ildən məlumdur. Bu tarix əsasında ermənilər Yerevanın “əbədi şəhər” Romadan 29 il daha “yaşlı” olması iddiasını irəli sürürlər.

İddiaların kökündə isə 1950-ci ildə erməni arxeoloqlarının Yerevan yaxınlığındakı Arin-Berd təpəsində tapdığı daş lövhə dayanır. Daş lövhədə Urartu hökmdarı I Argiştinin e.ə. 782-ci ildə müasir Yerevan şəhərinin yerində o zamanlar Erebuni qalasının əsasının qoyulması barədə göstərişi yazılıb.

Qəribəsi odur ki, Urartunu ilk erməni dövləti kimi qələmə verən erməni tarixşünaslığı həmin daş lövhənin ekspertiza olunmasına hər vəchlə mane olurlar. Hazırda həmin lövhə “Erebuni” tarixi-memarlıq muzeyinin ərazisində saxlanılır.

Ermənistan rəhbərliyinin Yerevanın real yaşı ilə bağlı manipulyasiyaları hələ Sovet İttifaqı dövründə başlanıb. Belə ki, 1958-ci ildə Gürcüstan SSRİ-də Tbilisi şəhərinin əsasının qoyulmasından 1500 il keçmişdi. Qonşu dövlətlərə daim qısqanclıqla yanaşan Ermənistan dərhal elmi dairələrə verilən göstərişlə Yerevanın 2750 illiyini qeyd edəcəklərini elan edirlər.

Beləliklə, Tbilisi ilə rəqabət xatirinə Erebunidə tapılan daş lövhədən tarixi qədimlik üçün istifadə edirlər.

Bu il oktyabrın 19-da Ermənistan rəhbərliyi şəhərin 2801 yaşını qeyd etməyi düşünür.

Xatırladaq ki, tarixi mənbələr Yerevan şəhəri ilə bağlı heç bir məlumat vermir. Yerevan barədə ilk tarixi məlumatlar XVI əsrin əvvəllərində Səfəvilər dövlətinin hökmdarı Şah İsmayılın göstərişləri ilə bağlıdır. Həmin orta əsr sənədlərində indiki Yerevan ərazisində Rəvan qalasının inşa olunması barədə məlumat var.

1650-ci il üçün isə Yerevan artıq orta ticarət şəhəri idi. Fransalı səyyah Jan Batiast Tavernie və Jan Şarden şəhərin quruluşu və əhali tərkibi barədə dolğun məlumat verib. Onlar şəhərdə yerli sakinlərin türk olmasından yazıblar.

Statistik məlumatlar da Yerevanda daim azərbaycanlı əhalinin mütləq çoxluq təşkil etdiyini sübut edir. Belə ki, hətta 1829-cu ildə şəhərə İran və Türkiyədən erməni ailələrinin köçürülməsinə rəğmən Yerevan əhalisinin 63,95%-i azərbaycanlılardan ibarət olub.

Yalınız 1897-ci ildə Rusiya İmperiyasının keçirdiyi siyahıyaalma zamanı 29 min Yerevan sakinindən 12523 nəfəri (43,17%) erməni, 12359 nəfəri (42,61%) azərbaycanlı olub.

Beləliklə, tarixi sənədlər və əlyazmalar Yerevan şəhərinin 2800 illik tarixə malik erməni şəhəri olmasının tamamilə absurd olduğunu, şəhərin XVI əsrdə Səfəvilər dövləti tərəfindən Osmanlı İmperiyası ilə mübarizədə sərhəd qalası olduğunu və türk mənşəli əhaliyə malik olduğunu göstərir. (modern.az)

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Ərdoğan Mark Rutte ilə görüşdü
06:22 27.04.2024
F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Hamısı