Tələbə qız universitetin ikinci mərtəbəsindən yıxıldı | Eurasia Diary - ednews.net

22 Oktyabr, Çərşənbə axşamı


Tələbə qız universitetin ikinci mərtəbəsindən yıxıldı

Cəmiyyət A- A A+

Şamaxı rayonunda ali təhsil ocağında bədbəxt hadisə baş verib.

Eurasia Diary "apa"a istinadən xəbər verir ki, hadisə bu gün saat 10:30 radələrində Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında qeydə alınıb.

Şamaxı sakini, 20 yaşlı Daşdıyeva Nazilə Elxan qızı oxuduğu ali məktəbin ikinci mərtəbəsinin pəncərəsindən yerə yıxılıb. Üçüncü kurs tələbəsi olan N. Daşdıyeva ağır bədən xəsarətləri aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun hansı səbəbdən pəncərədən yıxıldığı hələ ki, məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. 

Faktla bağlı araşdırma aparılır.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...