Azərbaycan vətəndaşlarını Kərbəla ziyarətinə aparan avtobus yanıb | Eurasia Diary - ednews.net

22 Oktyabr, Çərşənbə axşamı


Azərbaycan vətəndaşlarını Kərbəla ziyarətinə aparan avtobus yanıb

Cəmiyyət A- A A+

İranın  Xuzistan əyalətinin Əhvaz şəhəri yaxınlığında Azərbaycan vətəndaşlarını Kərbəla ziyarətinə aparan avtobus yanıb.

Eurasia Diary-nin Tehran bürosunun məlumatına görə, İranın Əhvaz rayon İcra Hakimiyyətinin Yanğınsöndürmə Və Təhlükəsizlik Xidmətləri İdarəsinin direktoru İbrahim Qənbəri bildirib ki, yanğına avtobusun elektrik naqillərində yaranmış nasazlıq səbəb olub.

Qeyd edilib ki, hadisə yerinə dərhal yanğınsöndürmə briqadası cəlb olunub və avtobusun bütün sərnişinləri təxliyə edilib.

Hadisə zamanı bir qadın tüstüdən zəhərlənərək, xəstəxanaya yerləşdirilib. (apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...