Milli Şura mitinq təyin etdi - müxalifət aksiyanı bu ünvanlarda keçirmək istəyir | Eurasia Diary - ednews.net

22 Oktyabr, Çərşənbə axşamı


Milli Şura mitinq təyin etdi - müxalifət aksiyanı bu ünvanlarda keçirmək istəyir

Cəmiyyət A- A A+

“Bakı Şəhər İcra Hakimiyyətinə mitinqin keçiriləcəyi yerlə bağlı müraciət etmişik, dəqiq cavab gələn həftə bilinəcək”.

Eurasia Diary xəbər verir ki, bunu "modern.az"a açıqlamasında Milli Şuranın üzvü Eldəniz Quliyev bildirib.

Onun sözlərinə görə, müraciət 5 iş günü içərisində cavablandırılmalıdır:

“Müraciətdə bir neçə ünvan qeyd etdik: “Nərimanov” metrosunun qarşısı, Tofiq Bəhramov adına Respublika stadionunun girişi və “28 May” metrostaniyasının yaxınlığı. Artıq gələn həftənin ikinci günü bizə dəqiq cavab veriləcək. Mitinqi günorta saat 15:00-da başlamağı planlaşdırırıq”.

Qeyd edək ki, 19 oktyabrda mitinqin keçiriləcəyi ilə bağlı qərar bir neçə gün əvvəl Milli Şuranın təşkil etdiyi piket zamanı verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...