Bakıda yol polisi tələbə qızı maşınla vurub öldürdü - FOTOLAR | Eurasia Diary - ednews.net

17 Oktyabr, Cümə axşamı


Bakıda yol polisi tələbə qızı maşınla vurub öldürdü - FOTOLAR

Cəmiyyət A- A A+
Oktyabrın 9-da saat 7 radələrində Abşeron rayonunun Müşfiq qəsəbəsi ərazisində piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.
 
Eurasia Diary xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat verilib.
 
Bildirilir ki, Bakı şəhər sakini A.Ağayev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən Cəbrayıl rayon sakini Solmaz Abdullayevanı vurub.
 
Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
 
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
 
Qeyd edək ki, yol qəzası nəticəsində dünyasını dəyişən Solmaz Abdullayevanın yaxınları sosial şəbəkələrdə hadisənin polis tərəfindən törədildiyi barədə məlumat yayıblar.
 
Rauf Xankisiyev adlı “facebook” istifadəçisi profilində yazıb ki, qəzanı törədən sürücü Muşfiqabad qəsəbə Dövlət Yol Polis postunda çalışır. O, polis kapitanıdır və yolda təyin edilmiş sürəti aşıb.
 
DYP əməkdaşı şəxsi maşını ilə 60 yazılan yerdən 100-lə keçərkən Solmazı vurub. Qız 10 metir hündürlüyə firlanıb və başı üstə düşüb.
 
Solmaz Abdullayeva Azərbaycan Dövlət Pedaqoji Universitetində “Riyaziyat” fakultəsində təhsil alırdı.(baku.ws)
 
 
 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...