Bakı-Gəncə sürət qatarının marşrutu Ağstafaya qədər uzadıla bilər | Eurasia Diary - ednews.net

17 Oktyabr, Cümə axşamı


Bakı-Gəncə sürət qatarının marşrutu Ağstafaya qədər uzadıla bilər

Cəmiyyət A- A A+

“Azərbaycan Dəmir Yolları” QSC-nin gələcək hədəfləri açıqlanıb.

Eurasia Diary xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında qurumun sədri Cavid Qurbanov məlumat verib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Bakı-Gəncə sürət elektrik qatarının marşrutunun Ağstafaya qədər uzadılmasını, Balakən istiqamətində dəmir yolu xəttinin yenidən qurulmasını, dəmir yolunda elektrikləşdirmənin səviyyəsinin artırılmasını, iki yeni deponun istifadəyə verilməsini planlaşdırır.

Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sərnişin daşınmasının gecikməsi məsələsinə də aydınlıq gətirib: “Əslində, biz tam hazırıq. Amma bizdən asılı olmayan bəzi səbəblər var, məsələn, gürcülər və türklərin bu qatarları aparmağa özlərinin lokomotivləri yoxdur, onlarda tormoz sistemləri yoxdur. Bu istiqamətdə danışıqlar bu gün də davam etdirilir. Biz də çalışırıq ki, onlara kömək edək”.   (Cebhe.info)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...